Gürcüstanın baş naziri Prezident İlham Əliyevi təbrik edib

Gürcüstanın baş naziri Prezident İlham Əliyevi təbrik edib
19:52 23 Dekabr 2015
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri, hörmətli İlham Əliyev,

İcazə verin, doğum gününüz münasibəti ilə Sizə ürəkdən gələn ən səmimi təbriklərimi çatdırım.

Bu xoş fürsətdən istifadə edərək, bildirmək istərdim ki, xalqlarımızın dostluğu kimi möhkəm təməl üzərində qurulan Gürcüstan ilə Azərbaycan Respublikası arasındakı strateji əməkdaşlığın daha da inkişaf etməsinə verdiyiniz şəxsi töhfələrinizi yüksək qiymətləndiririk.

Biz, həmçinin çox şadıq ki, Sizin rəhbərliyiniz ilə Azərbaycan bütün istiqamətlərdə mühüm tərəqqiyə nail olaraq regionda ən inkişaf etmiş ölkələrdən birinə çevrilmişdir.

Mən səmimi qəlbdən inanıram ki, Gürcüstan ilə Azərbaycan arasındakı əməkdaşlıq xalqlarımızın mənafeyi naminə daha da dərinləşməkdə və güclənməkdə davam edəcəkdir.

İcazə verin, Sizi doğum gününüz münasibəti ilə bir daha təbrik edim, ali dövləti fəaliyyətinizdə uğurlar arzulayım. Sizə ən yüksək ehtiramımı bildirirəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/392605.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR