"Qarabağ" "Traktor Sazi" ilə qarşılaşacaq

"Qarabağ"ın istirahəti davam edir.

Premyer Liqanın qış fasiləsinə lider kimi yollanan komanda 2016-ın hazırlıqlarına hər zaman olduğu kimi Antalyada başlayacaq. "Qarabağ" yanvarın 5-də yığışacaq və təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq. Yanvarın 24-nə qədər Antalyanın Belek bölgəsindəki "İC Santai" otelində məskunlaşacaq "Qarabağ" bu müddətdə 4 yoxlama oyunu keçirməyi planlaşdırır. Ağdam klubunun rəqibləri sırasında "Traktor Sazi" də var.

"Qarabağ"ın yoxlama oyunlarının proqramı belədir:

16 Yanvar – "Traktor Sazi" (İran)

20 Yanvar – "Dioşdyör" (Macarıstan)

23 Yanvar – "Admira Vakker" (Avstrya)

23 Yanvar – "Yaqelloniya" (Polşa)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR