Yanğın bir ailəni evsiz qoydu

Yanğın bir ailəni evsiz qoydu
20:27 23 Dekabr 2015
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Yanğın Şəkidə bir ailəni evsiz qoyub. Əşyaları ilə birlikdə ikimərtəbəli yaşayış evi və yardımçı tikili külə dönüb.

Milli.Az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, hadisə bu gün saat 17 radələrində Şəkinin Baş Küngüt kəndində Yusifov Məmməd İsmayıl oğlunun evində qeydə alınıb. Yardımçı tikilidən başlayan yanğın tez bir zamanda yaxınlıqdakı yaşayış evini də bürüyüb. Nəticədə ikimərtəbli, ümumi sahəsi 480 kv.m olan yaşayış evi və həyətdəki 250 kv.m-lik yaradımçı tikilinin yanar konstruksiyaları külə dönüb. Yanğın başlayan zaman ev yiyəsi evdə olmadığından əşyaları və sənədləri qorumaq mümkün olmayıb.

Yanğın güclü olduğundan Şəki ilə yanaşı, ətraf Oğuz və Qax rayonlarından da yanğınsöndürənlər hadisə yerinə cəlb olunub. Onların səyi nəticəsində alovun qonşuluqdakı evlərə keçməsinin qarşısı alınıb. Yanğının elektrik xəttindəki qısaqapanmadan yarandığı ehtimal olunur. Faktla bağlı araşdırma aparılır

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/392612.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR