Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Gürcüstanın baş naziri İrakli Qaribaşvili istefa verib

Gürcüstanın baş naziri İrakli Qaribaşvili istefa verib

Date: 23 December 2015 20:27

Bakı. 23 dekabr. REPORT.AZ/ Gürcüstanın baş naziri İrakli Qaribaşvili tutduğu vəzifədən istefa verib.
"Report" "Qruziya online"a istinadən xəbər verir ki, baş nazir bunu dekabrın 23-də keçirdiyi brifinqdə bəyan edib.
İ.Qaribaşvili istefasının səbəbini və bundan sonra hansı vəzifədə çalışacağını açıqlamayıb. Bildirib ki, bundan sonra da Gürcüstan dövlətçiliyinə və xalqına xidmət edəcək.
Ölkənin siyasi ekspertlərinin sözlərinə görə, İ.Qaribaşvilinin istefası 2016-cı ildə Gürcüstanda keçiriləcək parlament seçkiləri ilə əlaqədardır. Belə ki, onun “Gürcü arzusu” Partiyasının seçki qərargahına rəhbərlik edəcəyi bildirilir.
Baş nazir vəzifəsini hələlik kimin icra edəcəyi bilinmir.

Tags:  Gürcüstanın baş naziri İrakli Qaribaşvili istefa verib

RƏYLƏR


Top news