Gürcüstanın Baş naziri İrakli Qaribaşvili istefa verib

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili istefa verib
20:28 23 Dekabr 2015
13 Digər
Ölkə mətbuatı
A- A+


Tbilisi, 23 dekabr, AZƏRTAC
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili tutduğu vəzifədən istefa verib.
Baş nazir bunu dekabrın 23-də keçirdiyi brifinqdə bəyan edib.
İ.Qaribaşvili istefasının səbəbini və bundan sonra hansı vəzifədə çalışacağını açıqlamayıb. Bildirib ki, bundan sonra da Gürcüstan dövlətçiliyinə və xalqına xidmət edəcək.
Ölkənin siyasi ekspertlərinin sözlərinə görə, İ.Qaribaşvilinin istefası 2016-cı ildə Gürcüstanda keçiriləcək parlament seçkiləri ilə əlaqədardır. Belə ki, onun “Gürcü arzusu” Partiyasının seçki qərargahına rəhbərlik edəcəyi bildirilir.
Baş nazir vəzifəsini hələlik kimin icra edəcəyi bilinmir.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gurcustanin_Bas_naziri_Irakli_Qaribasvili_istefa_verib-913796

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR