Prezident "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin əməkdaşlarını mükafatlandırdı - SİYAHI

Prezident "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin əməkdaşlarını mükafatlandırdı - SİYAHI
20:47 23 Dekabr 2015
15 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sənəddə deyilir: 

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraqqərara alıram:

Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyi münasibətilə, Azərbaycan Milli Ensiklopediyasının hazırlanması və nəşrində xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

"Əməkdar jurnalist"

Mehrəliyeva Sevda Möhübbət qızı

Rəhimova Rühəngiz Əmir qızı

"Əməkdar mədəniyyət işçisi"

Abdullayev Ziya Hüseyn oğlu

Baxşıyeva Züleyxa Əli Abas qızı

İmaməliyeva Validə Məmmədhüseyn qızı

Qənbərova Lalə Ənvər qızı

Məlikov Rauf Seyfullayeviç

Nəcəfov Bəxtiyar Cəniyar oğlu

Niyazova Səidə Heydərovna

Orucov Möhübbət Bilal oğlu

Zeynalova Əxtər Salman qızı".

İlham Əliyevin digər sərəncamı ilə "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi əməkdaşları təltif ediliblər.

Sərəncamda deyilir: 

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraqqərara alıram:

Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyi münasibətilə, Azərbaycan Milli Ensiklopediyasının hazırlanması və nəşrində xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə

Qocayeva Gülbəniz Göyüş qızı

Məmmədova Elmira Əbdül qızı

Sultanov Afiq Əsgər oğlu

"Tərəqqi" medalı ilə

Adıgözəlov Vaqif Abasqulu oğlu

Adıgözəlova Pakizə Fərrux qızı

Bakıxanova Fəridə Ağasəf qızı

Cabarova Esmira Kamal qızı

Əliyeva İntizar Ağaələkbər qızı

Əliyeva Nazilə Osman qızı

Hətəmova Lalə Qurban qızı

Hüseynova Xuraman Gülbudaq qızı

Hüseynova Nailə İbrahim qızı

İbrahimov Böyükağa Rahib oğlu

Mütəllim-zadə Rafael Xeyrulla oğlu

Rəhimov Qərib Əli oğlu

Yusifova Rəna David qızı

Yüzbaşova Xumarxanım İsmayıl qızı".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/392616.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR