Daha bir futbolçu "Qəbələ"dən gedir

Daha bir futbolçu "Qəbələ"dən gedir
20:47 23 Dekabr 2015
27 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ"ni daha bir futbolçu tərk etmək üzrədi. Fanat.az qaynar.info-ya istinadən xəbər verir ki, bu, Asif Məmmədovdu. 

Yayda "İnter"i "Qəbələ"yə dəyişən Asif bu komandada özünü Roman Qriqorçuka göstərə bilməyib. Belə ki, o, "Qəbələ"nin Premyer Liqa matçlarında cəmi 5 oyuna çıxıb.

Təbii ki, Asif bu durumundan razı ola bilməz. Buna görə də Məmmədov 6 ay müqaviləsi qalan "Qəbələ"dən getmək fikrindədi. Onun xidmətində isə "Neftçi" və "Zirə" maraqlıdı. Hazırda 29 yaşlı futbolçu bu klublarla danışıqlar aparır.

Qeyd edək ki, buna qədər "Qəbələ"ni əcnəbilərdən argentinalı Fakundo Pereyra, rumıniyalı George Floresku, paraqvaylı David Mesa, yerlilərdən isə Vüqar Nadirovla Vaqif Cavadovun tərk etməsi dəqiqləşib.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-daha-bir-futbolcu-quotqblquotdn-gedir-t46374.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR