“Skal Bakı”nın 19-cu toplantısı keçirilib

20:48 23 Dekabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 23 dekabr, AZƏRTAC
Səyahət və Turizm Peşəkarları Beynəlxalq Assosiasiyasının (“Skal İnternational”) Bakı klubunun 19-cu toplantısı keçirilib.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan turizm sənayesi peşəkarlarının iştirakı ilə baş tutan tədbirdə “Skal İnternational Baku” klubunun prezidenti Cəfər Cəfərov çıxış edib. Bildirib ki, hazırda dünyanın 83 ölkəsində 381 skal klubu fəaliyyət göstərir. Bu təşkilatlar16 mindən çox insanı ətrafında birləşdirib. 2009-cu ildən Azərbaycanda fəaliyyətə başlayan “Skal Bakı”nın 37 nəfər üzvü var. Bu say zamanla dəyişir, çünki skal dinamik bir təşkilatdır. Ümumilikdə götürdükdə, Azərbaycanda skala maraq böyükdür. Təşkilatımıza müraciət edənlər var və bu toplantıda onlara üzvlük vəsiqələri təqdim ediləcək".
“Skal İnternational Baku” klubunun vitse-prezidenti Ceyhun Aşurov İspaniyada keçirilmiş “Beynəlxalq Skal 2015” Konqresində dünya skalçılarının illik toplantısı və nəticələri haqqında qısa təqdimat verib.
Auditorlar Palatası sədrinin elmi metodiki məsələlər üzrə müşaviri Nəcəf Talıbov “Turizm müəssisələrində audit aparılmasına dair” proqram layihəsini təqdim edib. O bildirib ki, Azərbaycanda 14 audit proqramı var. Bu proqramlar müxtəlif sahələri əhatə edir. Turizmə dair audit proqramı isə ilk dəfə hazırlanıb.
Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Mahir Qəhrəmanov deyib ki, turizm müəssisələri rəhbərlərinin bu sənədlə tanış olması vacibdir. Çünki sənəd müəssisələrdə maliyyə sənədləşməsinin düzgün aparılması üçündür.
Sonra təşkilatın yeni üzvlərinə üzvlük vəsiqələri təqdim olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Skal_Bakinin_19_cu_toplantisi_kechirilib-913805

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR