Sumqayıtda “Fraktal və Məntiq” layihəsi çərçivəsində sərgi açılıb

Sumqayıtda “Fraktal və Məntiq” layihəsi çərçivəsində sərgi açılıb
20:48 23 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Sumqayıt, 23 dekabr, AZƏRTAC
Sumqayıt Gənclər Evində “Fraktal və Məntiq” adlı layihə çərçivəsində rəsm sərgisi açılıb. Layihə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə, şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə keçirilir.
Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsindən AZƏRTAC–a bildirilib ki, əvvəlcə iştirakçılara təbiətdə mövcud olan, habelə riyazi, həndəsi, vektorial fraktalları özündə əks etdirən videoçarx nümayiş olunub.
Daha sonra çıxış edən layihə rəhbəri Orxan Rəcəbov dövlətimiz tərəfindən gənclərin hərtərəfli inkişafı, bilik və bacarıqlarının artırılması üçün hər cür şəraitin yaradıldığını qeyd edib. Bildirilib ki, layihənin məqsədi fraktal rəsmlər və onların məntiqi əlaqələri barədə gənclərin məlumatlandırılması, riyazi məntiqin gündəlik həyatımızda olan yerinin gənclərə qavradılması, düşüncə məntiqinin, diqqətin və yaddaşın inkişaf etdirilməsi və asudə vaxtın səmərəli təşkilindən ibarətdir.
Qeyd olunub ki, fraktal və məntiqi əlaqə gün keçdikcə daha da aktuallaşır və demək olar, insan fəaliyyətinin bütün sahələrini əhatə edir.
Sərgidə yeniyetmə və gənclərin əl işlərindən ibarət fraktal rəsmlər və fiqurlar nümayiş olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sumqayitda_Fraktal_ve_Mentiq_layihesi_cherchivesinde_sergi_achilib-913804

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR