İdman mütəxəssislərinə fəxri ad verildi - SİYAHI

İdman mütəxəssislərinə fəxri ad verildi - SİYAHI
20:52 23 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının idman mütəxəssislərinə "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sənəddə deyilir: 

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adı verilsin:

Abdullayev Oqtay Seydəli oğlu

Babayev Nizami Əliheydər oğlu

Eynullayev Balasən Seyfulla oğlu

Əliyev Tofiq Zöhrab oğlu

Həsənov Faiq Zülfiqar oğlu

Məmmədov Oqtay Abbas oğlu".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/392618.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR