Cəlilabadda daha bir körpələr evi-uşaq bağçası istifadəyə verilib

Cəlilabadda daha bir körpələr evi-uşaq bağçası istifadəyə verilib
20:53 23 Dekabr 2015
42 Digər
Ölkə mətbuatı
A- A+


Cəlilabad, 23 dekabr, Bağır Əliyev, AZƏRTAC
Dekabrın 23-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Cəlilabad şəhər 5 nömrəli körpələr evi-uşaq bağçası üçün inşa edilmiş yeni ikimərtəbəli bina istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, 16 otaqdan ibarət olan bağçada balacaların təlim-tərbiyəsi üçün hər cür şərait yaradılıb.
Təhsil ocağında fəaliyyət göstərəcək dörd qrupun hər birinin məşğələ, oyun, gimnastika zalları, kompyuter, yataq otaqları və yeməkxanası var.
Bina yeni avadanlıq və inventarla təchiz edilib. Burada hər şey balacaların zövqünü oxşayacaq tərzdə qurulub.
Açılış mərasimində çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov körpələr evi-uşaq bağçasının yeni binasının qarşıdan gələn bayramlar ərəfəsində uşaqlara böyük hədiyyə olduğunu vurğulayaraq, müəssisənin kollektivini əlamətdar hadisə münasibətilə təbrik edib.
Qeyd olunub ki, təkcə bu il Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Cəlilabadda üç yeni uşaq bağçası tikilərək istifadəyə verilib.
Mərasimdə çıxış edənlər uşaqların sağlam böyümələrinə, onların təlim və tərbiyəsinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda bağçanın uşaqları vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Celilabadda_daha_bir_korpeler_evi_usaq_bagchasi_istifadeye_verilib-913809

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR