Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Paytaxtın Səttar Bəhlulzadə küçəsinin bir hissəsinin təmiri yekunlaşıb

Paytaxtın Səttar Bəhlulzadə küçəsinin bir hissəsinin təmiri yekunlaşıb

Date: 23 December 2015 21:18


Bakı, 23 dekabr, AZƏRTAC 
Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsinin Ağa Sadıq Gəraybəyli və Əhməd Rəcəbli küçələrinin kəsişməsində yerləşən hissəsində aparılan təmir-tikinti işləri artıq yekunlaşıb.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC –nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təmir işlərinin aparıldığı ərazinin ümumi uzunluğu 700, eni isə 9 metrdir.
Təmir-tikinti işləri zamanı sözügedən ərazinin köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınıb. Zəruri olan yerlərdə yol yatağı bərkidilib. Küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Ümumilikdə burada ikiqat olmaqla təqribən 7500 kvadratmetr sahəyə yeni asfalt-beton örtüyü döşənib.
Küçədə nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.


Tags:  Paytaxtın Səttar Bəhlulzadə küçəsinin bir hissəsinin təmiri yekunlaşıb


RƏYLƏR


Top news