"Benitez gedəcək, Mourinyo gələcək"

"Benitez gedəcək, Mourinyo gələcək"
21:22 23 Dekabr 2015
42 İdman
Ölkə mətbuatı
A- A+

"Real Madrid" Mourinyo ilə danışıqlara başladı.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Rayo Vallecano" üzərindəki böyükhesablı qələbəyə baxmayaraq, Rafael Benitez yaxın günlərdə istefaya göndərilə bilər. "Cadena SER" radiosu artıq dekabrın 30-da baş tutacaq "Real Sociedad"la matçda komandanın "sükanı arxasında" başqa mütəxəssis dayana biləcəyini iddia edir. Belə ki, Benitezlə futbolçular arasında böyük münaqişə yaşanıb və onlar çalışdırıcının postunda qalmasını istəmir. 
Eyni zamanda, "Real Madrid" Jose Mourinhonun qaytarılması üçün hərəkətə keçib. "Kral klubu" artıq portuqaliyalı ilə danışıqlara başlayıb. Florentino Perez şəxsən özü Mourinhonun qayıtmasını istəyir.
Xatırladaq ki, Mourinyonun "Manchester United"ə keçəcəyi barədə fikirlərə məşqçinin meneceri Mendeş "MY ilə danışıqlar aparmırıq, yalan söhbətdir" - deyə münasibət bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/392623.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR