Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

İlham Əliyev ADBTİA-ya rektor təyin etdi

İlham Əliyev ADBTİA-ya rektor təyin etdi

Prezident İlham Əliyev Portuqaliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib (26 Mart 2017 15:45)
İlham Əliyev Səudiyyə Ərəbistanı şahzadəsini qəbul etdi (17 Mart 2017 12:43)
Bakı Mühəndislik Universitetinə rektor təyin edilib – FOTO (16 Mart 2017 23:32)

Tarix: 23 Dekabr 2015 21:22

Prezident İlham Əliyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına rektor təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Fuad Hacı oğlu Hacıyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru təyin olunub.

Qeyd edək ki, Fuad Hacıyev Gənclər və İdman Nazirliyində Aparat rəhbəri postunu tutub. Prezident bu ilin əvvəlində onu Azərbaycanda gənclərlə iş sahəsində səmərəli fəaliyyətlərinə, bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Onu da qeyd edək ki, ADBTİA-nın rektoru Ağacan Abiyev millət vəkili seçildiyindən istefa vermişdi.

Fanat.az

Teqlər:  İlham Əliyev ADBTİA-ya rektor təyin etdi



RƏYLƏR


Top xəbərlər