Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Xəzəryanı ölkələr arasında sərnişin gəmi reysləri açılacaq

Xəzəryanı ölkələr arasında sərnişin gəmi reysləri açılacaq

Date: 23 December 2015 21:27

Tehranda Xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin III iclasının yekunlarına dair bəyannamə qəbul olunub

Milli.Az APA-ya istinadən xəbər verir ki, nazirlər hava, dəniz, quru və dəmir yolları üzrə infrastrukturun təkmilləşdirilməsi, yenilənməsi və Xəzəryanı ölkələr arasında sərnişin gəmi reyslərinin açılması haqqında razılıq əldə ediblər.
 
Onlar həmçinin elmi əməkdaşlığın artırılması, qısa müddətli kursların təşkili, elmi və təcrübə seminarlarının keçirilməsi və tələbə mübadiləsi haqqında razılaşıblar.
 
İclasda ölkələr arasında yük daşımaları və tranzit üçün şəraitin asanlaşdırılmasına dair razılıq da əldə olunub.

Milli.Az




Tags:  Xəzəryanı ölkələr arasında sərnişin gəmi reysləri açılacaq


RƏYLƏR


Top news