Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ermənilərin həbs etdiyi azərbaycanlı buraxıldı (FOTO)

Ermənilərin həbs etdiyi azərbaycanlı buraxıldı (FOTO)

Date: 23 December 2015 21:31

Ermənistan-Gürcüstan sərhədini qanunsuz keçməkdə ittiham edilən milliyyətcə azərbaycanlı olan Gürcüstan vətəndaşı Turqay Mikayılov azadlığa buraxılıb.

ANS PRESS-in məlumatına görə, Mikayılov barəsində 5 ay azadlıqdan məhrum etmə cəzası başa çatdığından o azad edilib.

Turqay Mikayılov iyulun 23-də piyada Gürcüstanla sərhəddə yerləşən Ermənistanın Lori vilayətinin Dzyunaşox kəndinə keçib. Həmin vaxt 35 yaşlı Turqay Mikayılov içkili vəziyyətdə olduğunu bildirib. Dekabrın 23-də Lori məhkəməsi onun barəsində 5 ay azadlıqdan məhrum etmə hökmü çıxarıb.


Gürcüstan-Ermənistan sərhədi

Mikayılovun 5 ay həbs müddəti başa çatdığından məhkəmə zalından azadlığa buraxılıb. Mikayılovun vəkilinin xahişi ilə iclas bağlı qapılar arxasında keçib.



Tags:  Ermənilərin həbs etdiyi azərbaycanlı buraxıldı FOTO


RƏYLƏR


Top news