Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Səhiyyə Nazirliyi işçi axtarır

Səhiyyə Nazirliyi işçi axtarır

Bu Avropa ölkəsi işçi axtarır - PEŞƏLƏR (28 Fevral 2017 17:39)
ADNSU 4 kafedra müdiri vəzifəsinə işçi axtarır (16 Fevral 2017 09:27)

Tarix: 23 Dekabr 2015 21:37

Bakı. 23 dekabr. REPORT.AZ/ Səhiyyə Nazirliyi dövlət tibb müəssisələrində vakant psixoloq vəzifələrinə işə qəbula dair elan verib. Bu barədə "Report"a Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Məlumata görə, dövlət tibb müəssisələrində vakant psixoloq vəzifələrə işə qəbul həmin müəssisələrdə müvafiq komissiya tərəfindən müsabiqə yolu ilə həyata keçirilir.
Vakant vəzifələr barədə elanlar "Tibb qəzəti"ndə yerləşdirilir.
Müsabiqədə iştirak etmək istəyən namizədlər elan verildiyi gündən etibarən 30 gün ərzində işə qəbul komissiyasına müraciət edərək müəssisə rəhbərinin adına ərizə, şəxsiyyət vəsiqəsinin surəti, tərcümeyi-hal, təhsil və ixtisas haqqında sənədlərin surətləri (psixologiya ixtisası üzrə bakalavr və klinik psixologiya üzrə maqistr proqramının diplomları), əmək kitabçasının surətini (mövcud olduğu halda) təqdim etməlidir.
Vakant "psixoloq" vəzifələri üzrə müsabiqədə iştirak etmək üçün sənədlərini təqdim edən mütəxəssislərin klinik psixologiya sahəsində biliklərinin (diaqnostik psixoloji testlərin istifadə edilməsinin, psixoloji yardımın göstərməsinin və s.) qiymətləndrilməsi Psixi Sağlamlıq Mərkəzi tərəfindən aparılır.
Nəticədə müsbət rəy qazanan mütəxəssis Psixi Sağlamlıq Mərkəzinə bir aylıq iş təcrübəsinə göndərilir.

Teqlər:  Səhiyyə Nazirliyi işçi axtarır



RƏYLƏR


Top xəbərlər