Yol qəzası zamanı sürücülər nə etməlidir?

Yol qəzası zamanı sürücülər nə etməlidir?
21:52 23 Dekabr 2015
90 Digər
Ölkə mətbuatı
A- A+

Hər birimiz yol-nəqliyyat hadisələri, qəzalar, bu zaman ölüm və xəsarət alma faktları ilə ya özümüz rastlaşmışıq, ya da ən azından belə hadisələlərlə bağlı məlumatları oxumuşuq. Məlum olub ki, yol qəzaları zamanı bəzən ölüm halları hadisə zamanı xəsarət almış adama yerində ilkin tibbi yardımın göstərilməməsi və ya həmin yardımın düzgün göstərilməməsi nəticəsində baş verir. Xüsusilə də yol-nəqliyyat hadisələrinin əsas hissəsini piyadaların avtomobillər tərəfindən vurulması təşkil etməsini nəzərə alsaq, həmin anda, ilk növbədə, xəsarət alan şəxsə sürücünün kömək etməli olduğunu söyləmək olar. Bəs sürücü yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış şəxsə münasibətdə hansı vəzifələri icra etməlidir?

Bununla əlaqədar hüquqşünas-ekspert Asif Abdullayev Milli.Az-a bildirib ki, əvvəla həm piyadalar, həm də sürücülər mümkün qədər diqqətli və qanun çərçivəsində hərəkət etməlidilər ki, yol-nəqliyyat hadisələri baş verməsin.


Hadisə baş verdiyi zaman istər piyadaların, istərsə də sürücülərin vəzifələrinə gəlincə, bu məsələ "Yol hərəkəti haqqında" qanunla tənzimlənir: "Qanunun 37-ci maddəsinin IV hissəsinə əsasən, yol-nəqliyyat hadisəsi baş verdikdə, sürücü zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, "Təcili tibbi yardım" maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır. Qanunda, həmçinin sürücünün öz şəxsiyyəti barədə müvafiq orqana məlumat vermək vəzifəsi də nəzərdə tutulub".

Ekspertin sözlərinə görə, hadisə baş verdikdə sürücünün ilk və əsas vəzifələrindən biri, zərərçəkən şəxsə tibbi yardım göstərilməsini təşkil etmək üçün bütün zəruri addımların atılmasından ibarətdir: "Sürücünün növbəti vəzifəsi isə özü barədə məlumat verməkdir. Sürücü öz şəxsiyyəti barədə xəsarət alan şəxsə bu və ya digər yolla məlumat verməli və yaxud digər vasitələrlə özünü bəlli etməlidir".

Xatırladaq ki, sürücülərə qarşı qoyulan tələblərdən biri də avtomobildə tibb çantasının olmasıdır. Bəs ilk tibbi yardım göstərilməsində istifadə edilməsi nəzərdə tutulan bu çantada nələrin olması vacibdir?

Səhiyyə Nazirliyi 2008-ci ildə avtomobillər üçün ilk tibbi yardım çantalarının tərkibini əmrlə təsdiq edib. Əmrə əsasən, tibb çantasında bu dərman və ləvazimatlar mütləq olmalıdır:

1. Travma (çıxıqlar, sınıqlar, əzilmələr), şok, yaralanmalar zamanı istifadə olunan ağrıkəsici, şoka qarşı və iltihab əleyhinə vasitələr:

- Analgin 0,5 №10 (yaxud əvəzedici)  - 1 qutu

- Portativ hipotermik (soyuducu) paket - Konteyner - 1 ədəd 

- Natrium sulfasil məhlulu - 1 tubik  

- Aspirin - 1 qutu

2. Qanaxmanın dayandırılması, yaranın təmizlənməsi və sarğı üçün vəsaitlər:

- Özünə və qarşılıqlı yardım məqsədi ilə arterial qanaxmanı saxlaman üçün təmizlənən kompressiyalı (təzyiqli) jqut - 1 ədəd 

- Steril bint 10x5 - 1 ədəd 

- Qeyri-steril bint 10x5 - 1 ədəd 

- Qeyri-steril bint 5x5 - 1 ədəd 

- Çirkli yaraları sarımaq üçün dioksidli və ya gümüş nitratlı 8x10 sm ölçüdə  MAQ atravmatik sarğısı - 1 ədəd 

- Bakterisid leykoplastr 2,5x7,0 yaxud 2x5 - 8 ədəd  

- Kapilyar və venoz qanaxmaları saxla- ədəd 3 maq üçün 6x10 sm, 10x18 sm ölçüdə furaqinli "Koleteks QEM" steril salfetləri yaxud statin (toz halında) 1,0q - 3 dəst  

- Spirtdə 5 faizli yodun yaxud 1 %-li brillant abısının məhlulu (zelyonka) - 1 flakon 

- 1x500, yaxud 2x500, yaxud 1x250 sm öçüdə leykoplastr - 1 ədəd 

- Qeyri-steril boruşəkilli tibbi elastik bint №1, 2, 6 hər birindən - 1 ədəd 

- Pambıq 50 q  - 1 bağ 

3. Ürək ağrılarına qarşı vəsaitlər:

- Nitroqliserin həbləri №40 yaxud kapsulası №20 (trinitrolonq) - 1 qutu 

- Validol (tabletka yaxud kapsula) - 1 qutu 

4. Kliniki ölüm zamanı ürək-ağciyər reanimasiyası üçün vasitələr:

- Süni nəfəs vermək üçün alət - "Ağız-qurğu-ağız" - 1 ədəd

5. Bayılmaya qarşı vasitə:

- Ammiak məhlulu (naşatır spirti) - 1 flakon 

6. Qida və sair zəhərlənmələrdə dezintoksikasiya üçün vəsaitlər:

- Enterodez qutu 2 yaxud aktivləşdirilmiş kömür №10 - 1 qutu 

7. Stres hallarına qarşı vəsaitlər:

- Korvalol - 1 flakon 

8. Küt uclu qayçı - 1 ədəd 

9. Təlimat - 1 ədəd 

10. Plastmass futlyar - 1 ədəd 

Qeyd edək ki, siyahıda göstərilən dərmanları və tibbi ləvazimatları özbaşına dəyişmək, komlektləşdirmə qabı zədələnmiş və vaxtı ötmüş vasitələrdən istifadə etmək olmaz. Bundan əlavə, çantadakı hər hansı vəsaitdən istifadə edildikdə yerinə dərhal yenisi qoyulmalıdır.

İlkin İzzət
Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Bakıya hücum ÇAĞIRIŞI, üç SSENARİ… - HƏFTƏNİN SYASİ XÜLASƏSİ

27 May 2017 20:03

Bərdəyə yağan dolu təsərrüfat sahələrinə ziyan vurub

27 May 2017 20:02

Azərbaycan akademik avarçəkəni Avropa çempionatında finala yüksəlib

27 May 2017 20:02

Dişlərə zərər verən 7 fenomen

27 May 2017 19:57

Gömrük məntəqəsinin rəisi həbs edilib

27 May 2017 19:56

Xəstənin yumurtalığından 37 kq-lıq şiş çıxarıldı - FOTO

27 May 2017 19:52

Ramazan ayında insanın qidalanma ilə bağlı 7 səhv addımı

27 May 2017 19:52

Yardımlıda qəza: 2 avtomobil toqquşdu

27 May 2017 19:48

Siyasətçi hava limanında tərbiyəsizlik etdi - VİDEO - FOTO

27 May 2017 19:47

Mən orucluyam!

27 May 2017 19:47

Ermənistanda gömrük məntəqəsinin rəisi həbs edilib

27 May 2017 19:47

Tovuza dolu yağdı - FOTO

27 May 2017 19:42

Bəzi oruc tutanlarda baş ağrısını nədən olur?

27 May 2017 19:42

Azərbaycanda 4 metr uzunluğunda gürzə öldürüldü

27 May 2017 19:41

55 kiloqram arıqlayıb belə oldu - FOTO

27 May 2017 19:37

Qan damarlarını təmizləyən 7 qida vasitəsi

27 May 2017 19:37

İradə İbrahimova yeni fotolarını paylaşdı - FOTO

27 May 2017 19:37

"Ayaks"dan "Barselona"ya transfer - AÇIQLADI

27 May 2017 19:37

Keçmiş polis işçisi edam olundu

27 May 2017 19:34

Biləsuvarda narkotik becərən şəxs saxlanıldı

27 May 2017 19:33

Hövsan sakinlərinin “it əzabı” - FOTO

27 May 2017 19:32

NATO PA Komitəsinin iclasında Azərbaycanın regiondakı rolundan danışılıb

27 May 2017 19:32

İki gözəl hovuz kənarında - FOTO

27 May 2017 19:32

Dabanlardakı çatlar və onlara qulluq vasitələri

27 May 2017 19:27

Azərbaycan neftinin gəlirindən Mirakyana maaş verəcək

27 May 2017 19:27

Oruc tutanlar susamamaq üçün nə etməlidir?

27 May 2017 19:23

İmsakda az yeyərək tox qalmanın yolları

27 May 2017 19:22

Azərbaycanda planşetlər ucuzlaşır

27 May 2017 19:18

Ağcabədidə 4 metr uzunluğunda gürzə ilan öldürülüb

27 May 2017 19:17

Bəlkə də son fürsətdir bu Ramazan...

27 May 2017 19:17

Ukrayna 3 il ərzində bankların 50%-nı itirib

27 May 2017 19:12

Avropada ən təmiz çimərliklər bu ölkədədir

27 May 2017 19:12

Oruc tutanlar susamamaq üçün nə etməlidir?

27 May 2017 19:12

Bu gözəl qızların çoban olduğuna inanmaq çətindir

27 May 2017 19:11

Bakıda 1 nəfər

27 May 2017 19:07

Əş-Şəbabın cinsi istismarına məruz qalan kölələr

27 May 2017 19:05

Əllərinizi düzgün yuyub qurulayırsınızmı?

27 May 2017 19:05

Balıqçılar sahildə şoka düşdü - VİDEO - FOTO

27 May 2017 19:05

Rəsulzadənin Stalinə TARİXİ SÖZLƏRİ: “Koba, sizi...” – Alim AXC-nin SİRLƏRİNİ AÇDI

27 May 2017 19:03

ABŞ Türkiyənin 12 şirkətini QARA SİYAHIYA SALDI

27 May 2017 18:57

Xaçmazda 39 yaşlı qadından DƏHŞƏTLİ ƏMƏL

27 May 2017 18:52

Xəstə nənəsi üçün məşhurların obrazına girdi - 3 yaşlı qızın FOTOSESSİYASI

27 May 2017 18:52

M.Malyukova: "Alternativ variant bankın ləğv olunması ola bilər”.

27 May 2017 18:48

Cocuq Mərcanlıda piyada əleyhinə mina aşkarlandı

27 May 2017 18:48

Məşhur dietoloqdan oruc tutanlara RAMAZAN MƏSLƏHƏTİ

27 May 2017 18:42

Ağdamda 20 yaşlı qız intihar edib

27 May 2017 18:42

Cocuq Mərcanlıda piyada əleyhinə mina aşkar edilib

27 May 2017 18:37

Ağcabədidə avtomobil yandı

27 May 2017 18:37

Snayperlərimiz öz bacarıqlarını nümayiş etdirdi

27 May 2017 18:34

Cümhuriyyət abidəsi əslində harada ucaldılmalıdır? - RƏYLƏR

27 May 2017 18:33