Prezident İlham Əliyev: "Neftin qiyməti qalxdıqca manatın məzənnəsi də qalxmalıdır"

21:57 23 Dekabr 2015
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Manatın sabaha olan MƏZƏNNƏSİ (22 May 2017 16:43)
Sabah olan məzənnə (22 May 2017 16:18)
Mayın 23-nə manatın məzənnəsi (22 May 2017 16:15)

"Report"un xəbərinə görə, bunu Prezident İlham Əliyev 2015-ci ilin idman yekunlarına həsr olunan mərasimindəki çıxışında deyib.
Dövlət başçısı bildirib ki, indi Azərbaycan vətəndaşları fərqi görürlər, orada bütün işlər şəffaf təşkil edilir, heç bir korrupsiyaya, rüşvətxorluğa yol verilmir, mədəni xidmət göstərilir: "Ona görə, biz bu sahəni inkişaf etdiririk. İndi bölgələrdə iki yeni mərkəz yaradılır. Onların sayı 10-dan çox olacaqdır. On səyyar avtobus fəaliyyət göstərir. Yəni, bunu etmək mümkündür. Sadəcə olaraq, işlər düzgün təşkil edilməlidir. Önəmli qurumların başında dayanan insanlar vicdanla işləməlidirlər, öz cibini doldurmaq üçün yox, dövlət maraqlarını hər şeydən üstün tutmalıdırlar və ciddi nəzarət olmalıdır - dövlət nəzarəti və ictimai nəzarət.
Mən bir daha demək istəyirəm ki, ictimai nəzarət olmasa, biz istədiyimizə nail ola bilmərik. İctimai nəzarət nə deməkdir? Vətəndaşlar daha da fəal olmalıdırlar. Onlar xoşagəlməz hallarla üzləşəndə bu barədə məlumat verməlidirlər ki, biz işləri tənzimləyək, xoşagəlməz halların qarşısını alaq. Əgər buna nail olsaq, onda neftin qiyməti bizim üçün heç bir əhəmiyyət kəsb etməyəcək.
Mən bir dəfə demişəm, biz elə iqtisadi sistem və idarəetmə sistemi yaratmalıyıq ki, neftin qiymətindən asılı olmayaq. Əgər biz asılı olsaq, hər zaman bax, bu xoşagəlməz vəziyyətlə üzləşə bilərik. Hansısa siyasi maraqlar üzündən neftin qiyməti düşür, qalxır, Azərbaycan isə əziyyət çəkir. Nə üçün? Biz güclü iqtisadiyyat qururuq. Bu gün iqtisadi sahədə apardığımız siyasət doğrudan da dünya miqyasında təqdirlə qarşılanır. Bütün aparıcı beynəlxalq maliyyə qurumları - Dünya Bankı, Avropa Bankı, Beynəlxalq Valyuta Fondu bunu qeyd edirlər və iqtisadi sahədə apardığımız siyasəti dəstəkləyirlər.
İndi manatın məzənnəsinin dəyişdirilməsi ilə bağlı mötəbər beynəlxalq maliyyə qurumlarından belə reaksiya gəlir ki, Azərbaycan hökuməti bunu çoxdan etməli idi. Biz də bununla razıyıq. Çoxdan etməli idik, amma etmək istəmirdik. Etmək istəmirdik, çünki bilirdik ki, bunun mənfi fəsadları olacaq. Maksimum çalışırdıq ki, bunu etməyək. Bir daha demək istəyirəm ki, əgər neftin qiyməti 50 dollar səviyyəsində qalsaydı, sabitləşsəydi, biz bunu etməyəcəkdik. Ancaq biz real dünyada yaşayırıq. Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının bir parçasıdır və dünyada, bölgədə yaşanan hadisələr, böhranlar bizə də təsir edir. İndi baxın, yaşadığımız bölgədə qanlı toqquşmalar, müharibələr, iqtisadi böhranlar, maliyyə böhranları, ölkələr arasındakı gərginliyin artması – bütün bunlar bizim qonşuluğumuzda baş verir. İstər-istəməz bizim siyasətimizə də, iqtisadi inkişafımıza da təsir edir. Bölgədə proseslərin hamısı mənfi istiqamətdə gedir. 2015-ci ildə bizim bölgəmizdə bir dənə də olsun müsbət istiqamətdə gedən proses olmamışdır. Belə vəziyyətdə biz ölkəmizi qabağa aparırıq, Azərbaycan xalqının təhlükəsizliyini təmin edirik, Azərbaycana mümkün olan riskləri azaldırıq, o cümlədən geosiyasi, hərbi riskləri azaldırıq ki, Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində, rifah içində yaşasın. Əsas vəzifəmiz bundan ibarətdir".
Dövlət başçısı deyib ki, 2016-cı ildə dünyada nələr baş verəcəyini proqnozlaşdırmaq çətindir: "Əsas vəzifəmiz ondan ibarətdir ki, Azərbaycanda siyasi və iqtisadi proseslər müsbət istiqamətdə getsin. Azərbaycan bölgənin sabit ölkəsi kimi öz yolu ilə getsin, bizim qarşımızda duran iqtisadi məsələlər öz həllini tapsın. Mən buna şübhə etmirəm. Mən ümid edirəm ki, neftin qiyməti bu cür aşağı səviyyədə çox qala bilməz, qalxacaq və qalxdıqca manatın məzənnəsi də qalxmalıdır. Ancaq bir daha demək istəyirəm ki, biz bu amili kənara qoymalıyıq. İqtisadi liberallaşma, azad, sağlam rəqabət, xoşagəlməz halların aradan götürülməsi, korrupsiyaya, rüşvətxorluğa qarşı daha da ciddi mübarizənin aparılması, iqtisadi islahatlar – bax, budur bizim yolumuz. Biz bu yolla gedirik, amma daha da sürətlə getməliyik və gedəcəyik. Bir daha demək istəyirəm ki, Azərbaycan öz yolu ilə gedəcək.
Bu böhranlı illərdə Azərbaycan ən dinamik inkişaf templərini göstərmişdir. Ən sabit ölkə Azərbaycandır. İqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkə də Azərbaycandır. Biz öz yolumuzla gedəcəyik. Çalışacağıq ki, 2016-cı ildə ölkə qarşısında duran əsas vəzifələr icra edilsin, Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşasın və yaşayacaqdır. Aparacağımız islahatlar sayəsində biz daha da yaxşı nəticələr əldə edəcəyik".

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

"Mançester arena"da terror aktından sonra iki şübhəli şəxs saxlanılıb

23 May 2017 05:32

Fransada ev və emalatxana - FOTO

23 May 2017 05:32

“Danışan” kağız yaratdılar

23 May 2017 05:18

Tramp Amerika-İsrail münasibətlərini möhkəmləndirməyi davam etdirməyə söz verib

23 May 2017 05:15

Lüksemburqda meşə içində restoran - FOTO

23 May 2017 04:32

BMT-nin baş katibindən KXDR-yə MESAJ: "Dayan!"

23 May 2017 04:18

Parisdə bohem interyerli mənzil - FOTO

23 May 2017 03:32

İsrail əsgərləri fələstinli gənci öldürdülər

23 May 2017 03:26

Mançesterdə iki ardıcıl partlayış - Ölən və yaralananlar var - FOTO/VİDEO

23 May 2017 03:23

Etirazçılar sabiq prezidentin evini yandırdı

23 May 2017 03:18

İngiltərədə "Mançester Arena" stadionunda 2 partlayış olub - ölənlər var

23 May 2017 03:01

Bakıda özünü 5-ci mərtəbədən yerə atan gənc oğlan ölüb

23 May 2017 02:57

İngiltərədə konsertdə terror həyəcanı

23 May 2017 02:54

Kataloniya müstəqilliyini elan edəcək? -

23 May 2017 02:38

İtaliyada kiçik ailə üçün ev - FOTO

23 May 2017 02:32

İsveçin hava limanında şübhəli çanta səbəbindən insanları təxliyə ediblər

23 May 2017 02:29

Dövlət Departamenti: Türkiyə suriyalılara hamıdan çox yardım edib

23 May 2017 02:27

Azərbaycanda bu da oldu:

23 May 2017 01:55

Venesuelada etiraz aksiyası zamanı Uqo Çavesin evi yandırılıb

23 May 2017 01:47

"Barselona" Vidalın qalmasını istəyir

23 May 2017 01:39

Danimarkada orta məktəb - FOTO

23 May 2017 01:32

"Yuventus" Xuan Quadradonu 20 mln. avroya transfer edib

23 May 2017 01:27

Sumqayıtda 4 otaqlı mənzil yanıb

23 May 2017 01:27

Antoniu Quterreş Ruhanini yenidən prezident seçilməsi münasibətilə təbrik edib

23 May 2017 01:08

Sumqayıtda 4 otaqlı mənzil yanıb

23 May 2017 00:55

Cocuq Mərcanlıda silah-sursat aşkarlanıb

23 May 2017 00:55

Elvis Preslinin şəxsi təyyarəsi satışa çıxarılacaq

23 May 2017 00:52

4 otaqlı mənzil əşyaları ilə birgə yandı - Sumqayıtda

23 May 2017 00:49

Əfsanəvi müğənninin təyyarəsi satışa çıxarılır

23 May 2017 00:39

Tanınmış aktrisaya xərçəng diaqnozu qoyuldu

23 May 2017 00:29

Qəbul imtahanlarında ikinci dəfə iştirak etmək istəyənlərin qeydiyyatı başa çatdı

23 May 2017 00:24

Cocuq Mərcanlıda 3 piyada əleyhinə mina və 1 tank əleyhinə minanın partladıcısı aşkarlanıb (FOTO)

23 May 2017 00:22

Qəbul imtahanlarında ikinci dəfə iştirak etmək istəyənlərin qeydiyyatı başa çatdı

23 May 2017 00:09

Astroloji proqnoz - 23 may

23 May 2017 00:08

Türkiyə ABŞ-ı terrorçularla işbirliyində ittiham edib

23 May 2017 00:07

Mənsum İbrahimov Hollivudda - FOTO

23 May 2017 00:05

Günün qoroskopu: işgüzar aktivlik artır

23 May 2017 00:05

"Terrorçuları dəstəkləyənlər terrorla mübarizə apardıqlarını deyə bilməzlər" -

22 May 2017 23:58

70-ci illərin İstanbulu FOTOLARDA

22 May 2017 23:57

Sumqayıtda ev yanıb külə döndü - VİDEO

22 May 2017 23:57

"Pike, axmaq, çempionu təbrik et"

22 May 2017 23:57

Yer üzünün ən zərərli 19 məhsulu! - FOTO

22 May 2017 23:57

25 yaşlı oğlan bıçaqlanıb

22 May 2017 23:57

Təcrübəli futbolçu katalon klubundan gedir

22 May 2017 23:57

İsmayıllıda 25 yaşlı oğlan bıçaqlandı

22 May 2017 23:54

Kimlər xərçəngə daha çox meyllidir? - Alimlər açıqladı

22 May 2017 23:53

Bərdədə banka məxsus inkassator maşını aşıb

22 May 2017 23:47

"Bakı-2017"nun başlanış mərasimi - FOTO/VİDEO

22 May 2017 23:47

Premyer Liqada "qızıl əlcək" mükafatı belçikalıya verildi

22 May 2017 23:42

"Danışan" kağız yaratdılar

22 May 2017 23:37