Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Total" şirkəti 1,125 mln. avro məbləğində cərimələnib

"Total" şirkəti 1,125 mln. avro məbləğində cərimələnib

Date: 23 December 2015 22:12

Bakı. 23 dekabr. REPORT.AZ/ Məhkəmə Fransanın "Total" şirkətini 1,125 mln. avro məbləğində cərimələyib.
"Report" "The Guardian"a istinadən xəbər verir ki, şirkətə cərimə Şimal dənizindəki Elgin platformasında təhlükəsizlik qaydalarının pozulmasına görə tətbiq olunub.
Belə ki, təhlükəsizlik qaydasına uymamaq fəlakətli sızmaya yol açıb.
Qeyd edək ki, "Elgin" yatağındakı qaz sızması 2012-ci ilin mart ayında baş verib. Sızıntıya görə 238 nəfər təxliyə olunub. Sızmanı nəzarət altına almaq 51 gün çəkib. Hesablamalara görə, təxminən 6 min ton kondensat axıb və bu, Şimal dənizində ən böyük sızıntıdır. Sızıntı baş verən platformadakı quyuların Böyük Britaniyanın ümumi qaz hasilatının 3%-i həcmində ehtiyatı olub.

Tags:  Total şirkəti 125 mln avro məbləğində cərimələnib


RƏYLƏR


Top news