Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Bakıda xarici vətəndaş həmyerlisini bıçaqlayıb

Bakıda xarici vətəndaş həmyerlisini bıçaqlayıb

Mingəçevir sakini həmyerlisini bıçaqlayıb (13 Fevral 2017 12:07)

Tarix: 23 Dekabr 2015 22:37

Bakıda bıçaqlanma hadisəsi olub.

Milli.Az "report"a istinadən xəbər verir ki, Sabunçu qəsəbəsi, Şəhər şossesindəki mənzildə kirayədə yaşayan Özbəkistan vətəndaşı 1986-cı il təvəllüdlü Adambay Ruslanbayeviç Xudayverginov yaşadığı evin qarşısında kürək nahiyəsindən bıçaqlanıb.
O, 3 saylı Sabunçu Klinik Xəstəxanasına yerləşdirilib. A.Xudayverginovun həyatını xilas etmək mümkün olub.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Adambay Xudayverginova ağır bədən xəsarəti yetirən Özbəkistan vətəndaşı, 1986-cı il təvəllüdlü Oybek Sadullayeviç Axmedov saxlanılıb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsində araşdırma aparılır.

Milli.Az


Teqlər:  Bakıda xarici vətəndaş həmyerlisini bıçaqlayıb



RƏYLƏR


Top xəbərlər