Andalusia klubu "Barselona"nın futbolçusu ilə maraqlanır

Andalusia klubu "Barselona"nın futbolçusu ilə maraqlanır
23:05 23 Dekabr 2015
36 İdman
Ölkə mətbuatı
A- A+

Mark Bartranın yanvarda "Barselona"nı tərk etmək ehtimalı var. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Luis Enrikenin planlarına o qədər də daxil olmayan müdafiəçini "Sevilya" icarə əsasında heyətə qatmaq istəyir. Andreolliin zədələnməsindən sonra alternativləri nəzərdən keçirən Andalusia klubu "Tottenhem"dən Fazionu geri gətirmək barədə də düşünür. Bartra "Barselona"da məhdud şanslarının olduğunu bildiyinə görə onun "Sevilya"nın təklifinə razılaşması mümkündür. Belə olan halda gənc futbolçunun AVRO-2016-da İspaniya millisinin heyətinə dəvət almaq ehtimalı da yüksələ bilər. O, bir neçə gün əvvəl Karles Puyolu öz agenti seçmişdi.

"Yuventus", "İnter", "Milan" və "Fiorentina" Bartranı yayda 12 milyon avro qarşılığında transfer etməyi düşünsə də, "Sevilla" daha tez tərpənmək fikrindədir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/392642.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR