Bəzi banklar ləğv edilə bilər

Bəzi banklar ləğv edilə bilər
23:26 23 Dekabr 2015
167 Digər
Ölkə mətbuatı
A- A+

“Üzən məzənnə” rejiminə keçiddən sonra bəzi banklar kredit ödənişlərini dolların köhnə məzənəsi ilə qəbul edəcəyini açıqlayıb.

ANS PRESS-in məlumatına görə, bununla da müştərilərin məzənnə itkilərini bank öz üzərinə götürüb.

Əslində bu bankların müştərilərini itirməmək üçün atdığı addımlardan biridir. Çünki bəzi müştərilər dollar məzənnəsini dəyişdiyi üçün ödənişləri etməkdən imtina edə bilər. Bu isə problemli qiymətlərin məbləğini daha da artıra bilər. Bəzi banklar isə ümumiyyətlə kredit verilişini dayandırıb. Bütün bu itkilər bəzi bankların bağlanma ehtimalını artırır. Çünki Mərkəzi Bank bir müddət əvvəl bankların məcburi kapital məbləğini 10 milyon manatdan 50 milyon manata qədər artırmışdı.

Bank sahəsi üzrə mütəxəssis Cavid Kərimov bildirir ki, son devalivasiya bankların fəaliyyətinə də mənfi təsir göstərəcək.

“Banklar kapitalı çox olan tərəfdən az olan tərəfə ötürülməsində bir vasitəçidir. Əgər birdən - birə kəskin məzənnə dəyişikliyi baş verərsə, bu zaman maliyyə axınlarıda azalır. Ötürülən pul banka vaxtında çatdırılmayanda onlarında işlərində problem yaranır. Amma bankların lisenziyalarının ləğv edilməsi dövlət səviyyəsində həll edilir”.


Cavid Kərimov - Bank sahəsi üzrə mütəxəssis



Mütəxəssis bildirdi ki, dövlət öz tərəfindən maliyyə resuslarından istifadə etməklə bankları dəstək ola bilər.

Fevralın 21 –də baş verən devalivasiyadan sonra bank sistemində böyük itkilər baş vermişdi. Əhalinin problemli kreditlərinin sayı sürətlə artmağa başladı. 2015-ci ilin noyabr ayına olan məlumata görə, problemli kreditlərin 898,7 milyon manat manatla ifadə göstərilir. 403,1 milyon manatı isə ABŞ dolları ilə hesablanıb. Son üç ayın problemli kreditlərin rəqəmlərinə nəzər saldıqda isə son ayı çıxmaq şərti ilə artan xətt üzə getdiyini deyə bilərik.


Azərbaycanda son 3 ay ərzində bank müştərilərinin problemli kreditlərinin həcmi (milyon manatla )
Mənbə: Mərkəzi Bank


Cavid Kərimov bildirdi ki, banklara ödənişlərin vaxtı – vaxtında edilməməsi problemli kreditlərin faizini artıracaq.

“Hər hansı bir şəxs 1 milyon dollar kredit götürübsə, xarici valyutanın dəyərinin artması bu məbləğı təxminən 1 milyon 500 min manata kimi qalxır. Məzənnənin birdən – birə kəskin dəyişməsi istər – istəməz bank müştərilərinin ödənişlərində problemlər yaradır”.

Xarici dövlət banklar üçün uzun müddətli maliyyə vəsaitləri ayırır. Banklar bu pullarla düşdükləri çətin iqtisadi vəziyyətdən çıxa bilirlər. Bu təcrübə ötən illərdə Rusiyada tətbiq edilib. Bu planın həyata keçirilməsi iqtisadiyyatın yenidən dirçəlməsinə təsir göstərə bilər.

Ötən devalivasiyadan sonra Azərbaycanda ləğvetmə prosesində olan bankların sayı artmışdı. Azərbaycan Mərkəzi Bankının açıqladığı məlumatda həmin bankların sayının 5-dən 7-yə yüksəldiyi qeyd edilib. Halbuki, 2015-ci il ikinci rübün yekununa əsasən, ləğv edilmə prosesində olan bankların sayı 5 olub.

Azərbaycanda Mərkəzi Bank məcburi kapital məbləğini 10 milyon manatdan 50 milyon manata qədər artırmışdı. 2015-ci ilin yanvar ayında isə həmin tələbi ödəyə bilməyən bankların liseynziyalarının ləğv edilməsi haqqında qərar qəbul edilmişdi.

Yəqin ki, müvafiq qurumlar xarici təcrübədən istifadə etməklə banklar ətrafında yaranan problemi həll edəcək. Çünki maliyyə qurumlarının vəziyyətinin yaxşılaşması kredit ödəyicilərinində vəziyyətini normallaşdırar. Dövlətin banklara güzəşt etməsi birbaşa əhaliyə güzəşti olardı. Bu zaman banklar rahatlıqla müştərilərinin heç olmasa kreditlərinin vaxtını uzatmaq imkanı əldə bilər.

Həmçinin oxuyun: Dollar bahalaşdı - 1,55 manat oldu

Vahid Əhmədov: "Dollara görə artım olacaq, amma..."

Mərkəzi Bank pulun yarıdan çoxunu itirdi - RƏSMİ

Manatın 50% ucuzlaşmasının növbəti təsiri

Sahibkarlar sui-istifadə hallarına yol verməməlidir (VİDEO)

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367950

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR