Bakıda nadir qəza

Bakıda nadir qəza
23:52 23 Dekabr 2015
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Səbail rayonunda sərnişin avtobuslarının iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Milli.Az musavat.com-a istinadən bildirir ki, hadisə "20-ci sahə" yaşayış massivində qeydə alınıb.

"BakuBus" şirkətinə məxsus 5 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusu dayanacağa daxil olarkən orda dayanmış avtobuslara çırpılıb. Qəza zamanı "BakuBus" şirkətinin daha iki avtobusu, eləcə də, "Bakı Sərnişin Nəqliyyatı və Yükdaşımalarının Təşkili" MMC-yə məxsus 88 saylı xətt üzrə hərəkət edən başqa bir avtobus bir-birinə dəyib.
 
İlkin məlumata görə, qəza nəticəsində xəsarət alan olmayıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/392651.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR