Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

KİV: Gürcüstanda baş nazir postuna XİN rəhbərinin namizədliyi irəli sürüləcək

KİV: Gürcüstanda baş nazir postuna XİN rəhbərinin namizədliyi irəli sürüləcək

Date: 23 December 2015 23:52

Gürcüstanın yeni baş naziri postuna ölkənin hazırkı XİN rəhbəri Qeorqi Kvirikaşvili namizədliyi sürüləcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Rustavi 2" telekanalı məlumat verib.
 
Bundan əvvəl Gürcüstan parlamentinin sədri David Usupaşvili bildirib ki, ölkənin yeni baş naziri və hökuməti ilin sonunadək bəlli olacaq.
 
Xatırladaq ki, dekabrın 23-də Gürcüstanın baş naziri İrakli Qaribaşvili istefa verib.

Milli.Az


Tags:  KİV Gürcüstanda baş nazir postuna XİN rəhbərinin namizədliyi irəli sürüləcək


RƏYLƏR


Top news