Prezident İlham Əliyevin doğum günüdür

Prezident İlham Əliyevin doğum günüdür
00:02 24 Dekabr 2015
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev Şirvan şəhərində səfərdədir (23 İyun 2017 10:33)
Prezident İlham Əliyev Şirvan şəhərinə səfərə gəlib (23 İyun 2017 10:22)
Prezident İlham Əliyevin və Prezident İqor Dodonun geniş tərkibdə görüşü olub (22 İyun 2017 11:37)

Bakı. 24 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günüdür. “Report”un məlumatına görə, dövlət başçısının 54 yaşı tamam olur.
İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə Bakı şəhərində orta məktəbdə oxuyub. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ) daxil olub. MDBƏİ-ni bitirdikdən sonra 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək, tarix elmləri namizədi dərəcəsi alıb. 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda müəllim işləyib. 1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. "Heydər Əliyevin neft strategiyası"nın həyata keçirilməsində fəal iştirak edib. Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur. İki dəfə, 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib. 1999-cu ildə hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib. Həmin tarixdən indiyədək YAP-ın sədridir.
2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub.
2003-cü ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib. 2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilib. Baş nazir vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam verib. 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs verib. O, 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb.
2004-cü ilin aprelində AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilib.
2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73% səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 2008-ci il oktyabrın 24-də vəzifəsinin icrasına başlayıb.
2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə seçicilərin 84,54% səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 2013-cü il oktyabrın 19-da vəzifəsinin icrasına başlayıb.
Prezident Əliyevin təltif olunduğu orden, mükafat və fəxri adlar aşağıdakıları əhatə edir: Heydər Əliyev ordeni (Azərbaycan Respublikası), Beynəlxalq münasibətlər və sülh naminə İhsan Doğramacı mükafatı (Türkiyə), Rumıniya Ulduzu Ordeni (Rumıniya), Kral Əbdüləziz Ordeni (Səudiyyə Ərəbistanı Krallığı), Şərəf Ordeni (Gürcüstan), “Şərəf Legionunun Böyük Xaçı” Ordeni (Fransa), Şeyxülislam Ordeni (Azərbaycan Respublikası), Rusiya Pravoslav Kilsəsinin “Prepodobnıy Serqiy Radonejskiy” birinci dərəcəli Ordeni, “Böyük Kordon” Şərəf Ordeni (Beynəlxalq Hərbi-İdman Şurası), MDB ölkələrin İdman Təşkilatlarının Beynəlxalq Konfederasiyasının “Şərəf Ordeni”, FİLA-nın Şərəf Zalının ən yüksək “İdman Əfsanəsi” ordeni, Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Xaç ordeni (Polşa), I dərəcəli Knyaz Yaroslav Mudrı ordeni (Ukrayna), "Mübarək əl-Kəbir" ordeni (Küveyt Dövləti), Yunanıstan parlamentinin Qızıl medalı (Yunanıstan), Avropa Ədalətli Oyunlar Hərəkatının "Şərəf" nişanı, “Üç ulduz” ordeninin “Böyük xaç kavaleri” dərəcəsi, “Sadiq Xidmət” milli ordeninin Böyük Xaç ranqı (Rumıniya), “İsmoili Somoni” ordeni (Tacikistan). Linkoln Universitetinin Fəxri doktoru (ABŞ), Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin Fəxri doktoru, L.N.Qumilyov – Avrasiya Milli Universitetin professoru (Qazaxıstan), Bilkənt Universitetinin Fəxri doktoru (Türkiyə), Vergilər üzrə Milli Akademiyanın Fəxri doktoru (Ukrayna), Ploesti Neft və Qaz Universitetinin Fəxri doktoru (Rumıniya), Milli və Dünya İqtisadiyyatı Universitetinin Fəxri professoru (Bolqarıstan), Kyung Hee Universitetinin Fəxri doktoru (Cənubi Koreya), İordaniya Universitetinin Fəxri doktoru (İordaniya), Korvinus Universitetinin ictimai elmlər üzrə Fəxri doktoru (Macarıstan), M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Fəxri professoru (Rusiya Federasiyası), Taras Şevçenko adına Kiyev Milli Universitetinin Fəxri doktoru (Ukrayna), Məxdumqulu adına Türkmənistan Dövlət Universitetinin Fəxri professoru (Türkmənistan Respublikası), Bakı Dövlət Universitetinin Fəxri doktoru (Azərbaycan), Belarus Dövlət Universitetinin Fəxri professoru (Belarus Respublikası), Ankara Universitetinin Fəxri dokrotu (Türkiyə), Çukurova Universitetinin Fəxri doktoru (Türkiyə).
“Report” İnformasiya Agentliyi Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və fəaliyyətində uğurlar arzulayır!











































































RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Sabah paytaxtda buludlu, bölgələrdə yağmurlu hava olacaq

23 İyun 2017 13:15

Qənirə Paşayeva Əlibəylidə sakinlərlə görüşüb

23 İyun 2017 13:14

Rafet El Romanın özündən 24 yaş kiçik azərbaycanlı gözəllə GÖRÜNTÜSÜ YAYILDI - FOTO

23 İyun 2017 13:13

Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan müsəlmanlarını Ramazan bayramı münasibəti ilə təbrik edib

23 İyun 2017 13:12

Ekologiya və təbii sərvətlər naziri Balakəndə vətəndaşları qəbul edəcək

23 İyun 2017 13:12

Türkiyənin müdafiə naziri Qətərlə münasibətləri kəsən ərəb dövlətlərinə cavab verib

23 İyun 2017 13:12

Polis onu intihardan qurtardı: "Etmə belə!" - VİDEO - FOTO

23 İyun 2017 13:12

"Credit Suisse": FED 2018-ci ildə üç dəfə faiz artıracaq

23 İyun 2017 13:07

Bu məşhurlarımız ağır xəstəliyə tutulub

23 İyun 2017 13:06

Uzun müddət intim münasibətdə olmayan qadın ehtirasına qurban getdi - FOTO

23 İyun 2017 13:05

İllər onu heç dəyişməyib - FOTO

23 İyun 2017 13:05

Diqqət: yeni evlənənlər, bu təhlükədən xilas olun

23 İyun 2017 13:03

Nazirlikdən bayram TAPŞIRIĞI

23 İyun 2017 13:03

31 yaşlı gəncin köməyinizə ehtiyacı var

23 İyun 2017 12:59

ATƏT-in cəbhə xəttində keçirdiyi monitorinq insidentsiz başa çatıb

23 İyun 2017 12:57

"15 manata götürməliydim, eşitdim tutublar" - Narkotik satan müəllim saxlanıldı - VİDEO - FOTO

23 İyun 2017 12:57

Hava limanında şübhəli şəxs saxlanıldı

23 İyun 2017 12:56

XİN: Azərbaycan və Kosta Rika arasında əməkdaşlıq üçün geniş imkanlar var

23 İyun 2017 12:55

Bakıda sex yanıb

23 İyun 2017 12:54

Bakıda 29, rayonlarda 32 dərəcə isti olacaq

23 İyun 2017 12:53

Azərbaycanda oyunbazların sayı kəskin artdı...

23 İyun 2017 12:52

Dənizçilər peşə bayramını qeyd edirlər

23 İyun 2017 12:50

Formula 2: Sərbəst yürüşlərdə ən yaxşı pilotlar məlum oldu

23 İyun 2017 12:50

Nəqliyyat və telekommunikasiya xidmətləri

23 İyun 2017 12:50

Nigar Camal Bakı Yol Polisi ilə birgə layihələr həyata keçirəcək

23 İyun 2017 12:48

Mədət Quliyev Formula-2 yarışlarını izlədi - FOTO

23 İyun 2017 12:47

İllərdir axtarışda olan terrorçu belə yaxalandı - VİDEO

23 İyun 2017 12:47

Tarkan Bakıdadır – FOTO

23 İyun 2017 12:47

Salyanda bədbəxt hadisə

23 İyun 2017 12:44

“Başqa şans qalmayıb, yalnız…” – Gürcüstanda radikal ssenari İŞƏ DÜŞDÜ

23 İyun 2017 12:43

Qızın dili dondurmaya yapışdı - VİDEO

23 İyun 2017 12:43

Sumqayıtda qadın körpə qızı ilə birlikdə itkin düşüb

23 İyun 2017 12:42

Bərdədə yük avtomobili ilə minik maşını toqquşub, xəsarət alanlar var

23 İyun 2017 12:42

"Atam ikinci arvadını evimizə gətirdi" - "Banu"nun Güneli - FOTO

23 İyun 2017 12:42

Şənbə günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

23 İyun 2017 12:42

Sərxandan Səbuhiyə: "Səni kişi bilirdim..."

23 İyun 2017 12:42

Bakıda sevgilisinin öpdüyü qız qorxulu xəstəliyə tutuldu

23 İyun 2017 12:41

Xalqın cibini düşünməyən "aqua park"lar - 50 manata da giriş olar?

23 İyun 2017 12:37

Domino daşlarından maraqlı şou

23 İyun 2017 12:36

Məşhur viruslar dünya təşkilatlarının dörddə birinə hücum edib

23 İyun 2017 12:35

7 yaşlı Leylanı ayağa qaldıraq! - YARDIM - FOTOLAR

23 İyun 2017 12:34

"Müğənnilər qapıda yatırlar ki, heç olmasa bir dəfə bizi çək" - Reper Qurd - VİDEO - FOTO

23 İyun 2017 12:32

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin investisiyaları 300 mln. dollara çatacaq

23 İyun 2017 12:32

Məşhur aktyor Trampı öldürməklə hədələdi

23 İyun 2017 12:32

Sevdiyi qızın xalası oğlunu zarafata görə qətlə yetirən şəxsin işi ekspertizaya göndərilib

23 İyun 2017 12:32

"Yuventus" gənc yarımmüdafiəçini icarəyə götürmək istəyir

23 İyun 2017 12:32

“Buta Airways”in aviabiletlərinin qiyməti 29 avrodan başlayacaq

23 İyun 2017 12:32

Yunanıstanda helikopter QƏZASI - Yaralanan və ölənlər var

23 İyun 2017 12:29

"Qəbələ" Bolqarıstan çempionuna uduzdu

23 İyun 2017 12:27

Neftçala sakininin evində saxladığı sənədsiz silah götürülüb

23 İyun 2017 12:27