Bu gün xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Ramiz Novruzun qız nəvəsi Ayanın toyu olub.
Axşam.az-ın anspress-ə istinadən məlumatına görə, toy məclisi paytaxtın şadlıq saraylarından birində keçirilib.
18 yaşlı Ayan Ramiz Novruzun qızı tanınmış stilist-vizajist Şəfəq Novruzovanın qızıdır.
Toy məclisində başda vizajistin ailə üzvləri - atası Ramiz Novruz, anası və qardaşı müğənni Cavidan Novruz olmaqla bir çox tanınmış simalar da iştirak edir.
Toy mərasimində iştirak edənlər arasında həmçinin şou-biznesin bir çox tanınmış müğənniləri var.