Eynulla Fətullayev: “Artıq sayt tam hökumətyönlü olacaq”

Eynulla Fətullayev: “Artıq sayt tam hökumətyönlü olacaq”
00:39 24 Dekabr 2015
56 Sosial
Ölkə mətbuatı
A- A+

İslamiada: Azərbaycan ağırlıqqaldıranı bürünc medal qazanıb (16 May 2017 18:42)
​Hər kəs sayt yarada biləcək (03 May 2017 17:55)

Tanınmış jurnalist Eynulla Fətullayev Haqqin.az saytının baş redaktoru vəzifəsindən istefa verib. Bu barədə onun özü redaksiya heyətinin dekabrın 22-də keçirilmiş iclasında açıqlama verib.

 

E.Fətullayev bildirib ki, rəhbərlik etdiyi media orqanlarının reklam və menecment işlərinin təkmilləşdirilməsinə zərurət yarandığından o, bundan sonra daha çox təşkilati işlərlə məşğul olacaq. Haqqın.az saytnın müəlliflərindən biri kimi də fəaliyyət göstərəcəyini deyən E. Fətullayev öz yerini 22 yaşlı gənc jurnalistə - Murad Səmədova təhvil verib. O, bundan əvvəl saytın informasiya şöbəsinə rəhbərlik edib. E.Fətullayev yeni baş redaktorun istedadlı jurnalist olduğunu və onun parlaq gələcəyinə inandığını deyib.

 

İclasda o da məlum olub ki, E. Fətullayev növbəti ilin ilk ayından etibarən ANS telekanalında yeni layihəyə start verəcək: “Hələlik detallar barədə danışmaq istəmirəm. Mənə elə gəlir ki, televiziyaya qayıtmağım maraqlı hadisə olacaq” deyə, E.Fətullayev bildirib.

 

“Yeni Müsavat”a müsahibəsində E. Fətullayev yeni qərarlarının pərdə arxası barədə danışıb. Müsahibimiz öncə rəhbərlik etdiyi saytların taleyi ilə bağlı verdiyi qərardan bəhs edib:

 

- Müzakirə apardıq. Hər şey əvvəlki qaydada alır. Bilirsiniz ki, mən 3 saytın təsisçisiyəm. Haqqın.az və virtualaz.org saytları  Azərbaycanda nüfuzu olan saytlardır. Azeri Daily saytı da ingilis dillidir. Bu saytı bütün ingilisdilli ekspert cameyəsi hər gün oxuyurdu. 1200-1500 İP Azərbaycan saytı üçün yüksək göstəricidir. Amma haqqın.az saytının istiqaməti fərqli idi. Daha çox analitik saytdır. Mən sizə deyim ki, haqqn.az plüralistik sayt idi. Biz çalışırdıq ki, bütün mövqelərə, proseslərə obyektiv qiymət verək. Amma ölkədə vəziyyət mürəkkəbləşir. Ölkə ətrafında da vəziyyət ürəkaçan deyil.  Saytın əhatə dairəsi də böyükdür. Mən bu işə başlayanda düşünməzdim ki, bu sayt bu qədər nüfuza malik olacaq. Hərdən saytın nüfuzundan da qorxurdum.

 

Gündəlik 100 min İP-ə yaxın girişimiz var idi. Amma acı təcrübəmizi də unutmurduq. “Monitor”, “Realnıy Azerbaydjan”, “Gündəlik Azərbaycan” qəzeti. Ona görə də qərar aldıq ki, saytı bir az zəiflədək. Saytda analitika, şərhlər, bizim mövqe olmayacaq. Ya da nadir hallarda mövqe olacaq. Yalnız xəbər saytı olacaq. Üç saytı bir MMC-də birləşdirdik.

 

-İlk dəfədir belə bir açıqlama eşidirəm ki, nüfuzunun artmasından qorxan media orqanı rəhbəri onu kiçiltməyə qərar verir. Analitik yazılarınızın kiməsə xoş gəlməməsindən və daha öncəki qəzetlərinizin acı taleyinin təkrarlanacağından narahatsız?

 

- Hər şey baş verə bilər. İnsan uzaqdan dalğanı görəndə istər-istəməz çalışır ki, dalğalar altında qalmasın. Mənim artıq dalğalar altında qalası halım yoxdur. Ona görə də təcili olaraq saytın analitik hissəsini götürdük. Artıq sayt tam hökumətyönlü olacaq. Əvvəl istəyirdik ki, müstəqil sayt olsun, amma  gördük ki, bu, alınmır. Ona görə də hökumətyönlü sayt çıxarmağa qərar verdik.

 

- Bu hökumətyönlülük özünü nədə göstərəcək? Az öncə daha saytınızda analitik yazılarınızın olmayacağını dediz ...

 

- Əvvəllər hökuməti tənqid edirdik, indi isə tənqid etməyəcəyik.

 

- ANS-lə anlaşmanıza və orada verilişlə çıxış etmənizə gələk. Bu, kimin təklifi idi?

 

- Mən jurnalistəm, bəzən də tənqidi fikirlərim olur. Bu, normaldır. Mən televiziyada uzun müddət işləmişəm. Uzun zamandan bəri arzum  olub ki, telelayihəm olsun. Mənim 8-9 sənədli filmim olub ki, bunlar çox uğurlu alınıb. Avropa sənədli filmləri sırasında olacaq filmlərdir. ANS rəhbərliyi ilə 1 ildən artıqdır ki, format axtarırdıq ki, mən o formatda verilişlə ANS-də çıxış edim. Ona görə də sonda qərara gəldik ki, yeni verilişlə çıxış edim. Analitik yazılar yazmayacağıma görə vaxtım çox olacaq və bu layihəni reallaşdıra biləcəm.

 

-Layihənin formatı nədir? Tok şou, analitik veriliş, həftəlik...?

 

-Siyasi veriliş olacaq. Təxminən yanvarın ortalarında mediaya açıqlama verəcəyik bu verilişin detalları ilə bağlı.

 

-Bu qərarınız açıqlanandan etibarən media kuluarlarında da müxtəlif versiyalar səslənməyə başladı. Bildirildi ki, son aylar ANS-in vurulması fonunda bu transfer təsadüfi deyil. Hətta sizin ANS rəhbərliyinə gətiriləcəyiniz, kanalın “əl dəyişdirəcəyi” ilə bağlı təxminlər də səsləndirildi.

 

- Belə proseslər yoxdur. ANS məncə indiki dövrdə ən müstəqil televiziyadır. Mənim sonuncu bazar günündə Mirşahinlə dialoqum cəmiyyətdə böyük rezonans doğurdu. Bunu hansı televiziyada demək mümkün olar? Hətta bəzi saytlarda bunu etmək mümkün deyil, amma ANS-də mümkündür. O baxımdan da bu telekanalda söz demək imkanları, çərçivəsi genişdir. İkinci də hesab edirəm ki, bu ölkədə çox az ağıllı, ziyalı və həqiqətən də Azərbaycanı sevən, millətinə, proseslərə görə narahat olan, peşəkar jurnalistika amalı ilə yaşayan insanlar azdır. Bu insanlar həmrəy olmalı, bir yerdə olmalı, əməkdaşlıq etməlidir.

 

Biz bir il əvvəl Vahid Mustafayevlə danışanda bir Assosiated Press yaratmaq istəyirdik. Haqqın.az və ANS-in birgə modelləri əsasında. Ona görə də biz bir optimal forma tapdıq. Mən ANS-in nə xəbər, nə də redaksiya siyasətinə müdaxilə edəcəm. Mənim bir layihəm olacaq ki, bu layihəyə görə məsul şəxs olacam. Biz saytların formatını dəyişdik, daha analitik yazılar olmayacaq. Ona görə də mənim boş vaxtım çoxdur. O boş vaxtı yaradıcılığa həsr etmək istəyirəm.

 

-Sizin bu əməkdaşlıq xəbərinizdən sonra sosial şəbəkələrdə indi ən çox müzakirə olunan məsələ Mirşahin Ağayevin sizin barənizdə çəkdiyi “Bədbəxt adam” sənədli filmi, sizin ona cavab olaraq yazdığınız kəskin yazılardır. Belə bir keçmişin  fonunda əməkdaşlıq etmək, birgə çalışmaq çətin olmayacaq?

 

-Keçmişdə çox şey ola bilər. İnsanların yolları kəsişə bilər. Keçmişlə yaşamaq lazım deyil, gələcəyə baxmaq lazımdır. Burda söhbət peşəkar jurnalistikanın inkişafından, səylərin birləşməsindən gedir. Əgər bu iş Azərbaycanda peşəkar jurnalistikanın xeyrinədirsə, biz burda şəxsi motivləri kənara qoymalıyıq. Mənimlə Mirşahin arasında heç bir şəxsi problem yoxdur.

 

Mən ANS-də 99-2000-ci illərdə çalışmışam. Mirşahinlə, Vahid Mustafayevlə normal münasibətlərimiz olub. İndi də normaldır və ictimai motivlidir. Zamanında nəsə olubsa, biz indi keçmişi niyə səhifələməliyik? Onlar da məni tənqid ediblər, mən də onları. Biz açıq cəmiyyətdə yaşayırıq, burda qeyri-adi heç nə yoxdur.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

DƏHŞƏT: 50 miqrant səhrada susuzluqdan öldü

27 İyun 2017 21:33

Ermənistan-Rusiya qoşun qruplaşması: Putini general Pankov təmsil edəcək

27 İyun 2017 21:32

Qutseriyev Azərbaycanda yeni neft yataqları alıb?

27 İyun 2017 21:32

Sevgilisi ilə kurortda dincəlir - FOTO

27 İyun 2017 21:32

Arıqlamağın 10 sirri

27 İyun 2017 21:27

“Tanımadığı adam ona “eşşək” desə...” – GƏLƏCƏYİMİZİ TƏHLÜKƏDƏN QORUYAQ

27 İyun 2017 21:27

Meyvə suyunu ac qarınına içəndə nələr olur?

27 İyun 2017 21:17

Bədənimizdə yaranan sızanaqlar hansı xəstəliklərin əlamətidir?

27 İyun 2017 21:12

Gənc aktrisa alış-verişə yollandı - FOTO

27 İyun 2017 21:05

Tacikistan Prezidenti bir gündə 50 mərasimdə iştirak edib

27 İyun 2017 21:05

Moskvada erməni iş adamı güllələnib

27 İyun 2017 21:05

Türkiyə daha 3 şəhid verdi

27 İyun 2017 21:04

Varşavada Azərbaycan-Polşa biznes forumu keçirilib -

27 İyun 2017 20:58

Cadu həqiqətdirsə, falçılar necə yalan ola bilər?

27 İyun 2017 20:57

Nəriman Nərimanovun ev muzeyi yenidən bərpa olundu

27 İyun 2017 20:54

“Fiorentina” satışa çıxarılıb

27 İyun 2017 20:52

Bakı-Qazax magistralında ağır qəza - FOTO

27 İyun 2017 20:52

Körpə uşaqlarda hidrosefaliya

27 İyun 2017 20:52

Ukraynaya irimiqyaslı kiberhücum - ÖLKƏ İFLİC OLDU

27 İyun 2017 20:52

“Rusiyada qul düşərgələri...”- ABŞ-dan ŞOK İTTİHAM

27 İyun 2017 20:48

Qarnımız niyə böyüyür?

27 İyun 2017 20:47

"Real"ın futbolçusu karyerasını Fransada davam etdirəcək

27 İyun 2017 20:45

Mehriban Əliyeva: Biz mütləq bütün arzularımıza çatacağıq, ədalət bərpa olunacaq, Qarabağ problemi həllini tapacaq

27 İyun 2017 20:43

Dəstəmaz alan adama əlinə su tökərək kömək etmək olarmı?

27 İyun 2017 20:42

Toyxana, yoxsa sərnişin avtobusu? - VİDEO

27 İyun 2017 20:37

Şəkidə 81 yaşlı kişi ağacdan yıxılıb

27 İyun 2017 20:37

Şəkidə “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalı başlayıb

27 İyun 2017 20:37

Məşhur klub satışa çıxarıldı

27 İyun 2017 20:34

Türkiyədə bayram günləri faciəsi - 64 nəfər öldü

27 İyun 2017 20:33

İnstagram-da hər gözəli cazibədar saymayın - FOTO

27 İyun 2017 20:32

Tramp ABŞ-ın imicinə zərbə vurub -

27 İyun 2017 20:24

“Mehmetcik”ə XAİN PUSQU: 3 şəhid

27 İyun 2017 20:23

Xurmanın insan orqanizmində yaratdığı möcüzələr

27 İyun 2017 20:22

Bu xalçaların qiyməti 50 min manatdan artıqdır - VİDEO

27 İyun 2017 20:17

Şirin badam yağının faydaları

27 İyun 2017 20:17

Bakıda avtobus sürücüsü qaydaları eyninə almadı - VİDEO

27 İyun 2017 20:12

Nömrəni parça ilə bağlayaraq Bakda belə şütüyür - VİDEO

27 İyun 2017 20:12

Bakıda həkim xəstəni ömürlük şikəst elədi - VİDEO

27 İyun 2017 20:12

Süni mayalanmada hansı risklər ola bilər

27 İyun 2017 20:12

Küçə ticarəti bu yolları iflic edib - VİDEO

27 İyun 2017 20:12

AŞPA-da korrupsiya hallarını araşdırmaq üçün müstəqil araşdırma qrupu yaradılıb

27 İyun 2017 20:07

Sahildə erotik sessiyaya çəkildi - FOTO

27 İyun 2017 20:05

Satılan mənzillərin 30 faizinin sənədi yoxdur - VİDEO

27 İyun 2017 20:05

Tovuzda 12 yaşlı yeniyetməni ilan sancıb - VİDEO

27 İyun 2017 20:05

Senator: "ABŞ-ın körfəz dövlətlərinə silah satışına icazə verilməyəcək"

27 İyun 2017 20:03

Prezident İlham Əliyev Polşa Senatının marşalı ilə görüşüb -

27 İyun 2017 19:58

Namazı bitirdikdən sonra zikr edərkən əlləri qaldırmaq olarmı?

27 İyun 2017 19:57

Beynəlxalq kiberhücum: Şirkətlər İFLİC OLDU

27 İyun 2017 19:53

Autizmli uşağın valideyni olsaydım

27 İyun 2017 19:52

Dostluq etməyi bacarırsınızmı?

27 İyun 2017 19:47