İŞİD onu "seks-cihad"a çağırır - "İraq gözəli"nə ölüm hədəsi

İŞİD onu "seks-cihad"a çağırır - "İraq gözəli"nə ölüm hədəsi
01:21 24 Dekabr 2015
213 Şou
Ölkə mətbuatı
A- A+

“İraq gözəli” müsabiqəsinin 20 yaşlı kərküklü qalibi Şayme Qasım Əbdülrəhman İŞİD qüvvələri tərəfindən ölümlə hədələnir.
 
Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Şayme müsabiqənin qalibi olduqdan sonra “seks-cihad” üçün terroristlərin düşərgəsinə yollanmasını tələb edən telefon zəngləri aldığını bildirib. Bunu etməyəcəyi halda isə, İŞİD-çilər tərəfindən ölümlə hədələnib.
 
Qeyd edək ki, 43 il sonra ilk dəfə “İraq gözəli” titulunu alan Şayme Qasım bütün bu hədələrə baxmayaraq, karyerasına davam edəcəyini deyib:

“Mən çox xoşbəxtəm ki, mənim ölkəm gələcəyə doğru baxır. Bu müsabiqə iraqlılara təbəssüm bəxş etdi. Mən sübut etmək istəyirəm ki, İraq qadınları da cəmiyyətdə mühüm rol oynayır, onların da kişilər kimi hüquqları var. Buna görə də, qorxmuram. Düşünmürəm ki, nəsə axmaq iş tuturam".

“İraq gözəli” əlavə edib ki, öz populyarlığından ölkədə maarifçilik hərəkatının inkişafında istifadə edəcək.

Qeyd edək ki, bütün çətinliklərə baxmayaraq, İraq gələn il Şayme Qasımı “Kainat gözəli” beynəlxalq müsabiqəsinə göndərməyi planlaşdırır.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43048

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR