Milli Məclisdən çox qəribə çağırış (VİDEO)

Milli Məclisdən çox qəribə çağırış (VİDEO)
01:36 24 Dekabr 2015
50 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan parlamentinə ABŞ-la bütün münasibətlərin dayandırılmasını nəzərdə tutan qanun layihəsi təqdim edilib.

ANS TV-nin məlumatına görə, Milli Məclisinin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev Smitin anti-Azərbaycan qətnaməsi layihəsinə qarşı qanunverici təşəbbüslə çıxış edib.

Layihədə Birləşmiş Ştatlarla ticarət, energetika, hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığa son qoyulması, İSAF çərçivəsində ƏfqanIstandakı əməliyyatlarda iştirakın dayandırılması, Birləşmiş Ştatların hərbi və digər təyinatlı yüklərinin Azərbaycan üzərindən daşınması və bu məqsədlə yerli infrastrukturdan istifadə edilməsi qadağan olunması, Birləşmiş Ştatların ATƏT-in Minsk Qrupunun həmsədrliyindən geri çağırılması ilə bağlı müvafiq prosedurlara başlanmasına çağırış edilir.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368015

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR