Ağcəbədidə minik avtomobili ilə traktor toqquşdu: 1 ölü

Ağcəbədidə minik avtomobili ilə traktor toqquşdu: 1 ölü
02:34 24 Dekabr 2015
23 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağcabədi rayonunda, Ağcəbədi-Zərdab yolunun 7-ci kilometrliyində "Saipa" markalı minik avtomobili ilə “MTD” markalı traktor toqquşmuşdur.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nəticədə minik avtomobilində olan sərnişin, 1975-ci il təvəllüdlü Vəzirov Umud Ağasən oğlu aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

 

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşın cəsədini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226363

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR