ABŞ-da növbəti girov qalmaqalı (FOTO)

ABŞ-da növbəti girov qalmaqalı  (FOTO)
02:36 24 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Texas ştatında naməlum şəxs polisləri güllələyərək bir qadını girov götürüb. ANS PRESS-in məlumatına görə, hadisə ştatın Odessa şəhərində baş verib.

Odessa şəhərindən iki polis naməlum şəxs arasında atışma baş verib. İnsident zamanı hər iki polis əməkdaşı yaralanaraq xəstəxanaya çatdırılıb. Həkimlər hazırda xəstəxanada olan yaralıların vəziyyətinin sabit olduğunu bildirir.



Həmçinin hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkarı zərərsizləşdirməyə çalışırlar. Hadisə yerinə əməliyyatın keçirilməsi üçün xüsusi təyinatlı dəstənin döyüşçüləri və snayperlər cəlb olunub.



Vəziyyəti ağırlaşdıran isə bəzi məlumatlara görə, silahlı cinayətkarın əlində qadın girovun olmasıdır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368024

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR