Qvardiolanın yeni klubu bilindi

Qvardiolanın yeni klubu bilindi
04:46 24 Dekabr 2015
116 İdman
Ölkə mətbuatı
A- A+

Bu mövsüm başa çatandan sonra "Bavariya"dan ayrılacağı dəqiqləşən Xosep Qvardiolanın yeni klubu bəlli olub.

ANS PRESS-in məlumatına görə, ispaniyalı gənc çalışdırıcı karyerasını İngiltərə davam etdirəcək.

O, bu ölkənin "Mançester Siti" klubu ilə anlaşıb. Bu barədə Almaniya mətbuatı məlumat yayıb. Mənbədə tərəflərin bütün məsələlərdə razılığa gəldiyi və yeni mövsümdən etibarən ispaniyalının şəhər təmsilçisini çalışdıracağı qeyd olunur. 2013-cü ildən Münxen klubunu çalışdıran X. Qvardiola "Bavariya"ya ilə iki dəfə Almaniya çempionluğunu qazanıb.


Manuel Pelleqrini

Qeyd edək ki, ingilislərin hazırkı məşqçisi Manuel Pelleqrinin mövsüm sonunda müqaviləsi başa çatır və klub rəsmiləri bu müqaviləni yeniləmək fikrində deyil.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=368019

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR