Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

BMT: İŞİD “Boko Haram”-la birləşə bilər

BMT: İŞİD “Boko Haram”-la birləşə bilər

Date: 24 December 2015 04:59

İŞİD terror təşkilatı Liviyada üç istiqamətdən hücuma keçib.

 

APA-nın TASS agentliiynə istinadən verdiyi məlumata görə, bunu BMT baş katibinin Liviya üzrə xüsusi elçisi Martin Kobler bəyan edib.

 

Onun sözlərinə görə, silahlıların əsas qüvvələr Sirt şəhəri ətrafında cəmləşib: “Burada onlar insanlara işgəncə verir, başlarını kəsirlər. Həmçinin terrorçular Tripoli şəhəri və Ras-Lanuf neft terminalı istiqamətində əraziləri ələ keçirməkdə davam edirlər”.

 

M.Kobler vurğulayıb ki, Liviyanın cənubunda İŞİD-in qarşısı alınmasa, Niger və Çad ərazisində fəaliyyət göstərən “Boko Haram” və digər qruplaşmalarla birləşə bilər. 


Tags:  BMT İŞİD Boko Haram-la birləşə bilər

RƏYLƏR


Top news