Böyük Britaniyanın iqtisadi artım tempi aşağı oldu

Böyük Britaniyanın iqtisadi artım tempi aşağı oldu
05:01 24 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyanın iqtisadi artım tempi 4-cü rübdə gözlənildiyindən aşağı olub. ANS PRESS-in məlumatına görə, Avropanın ikinci ən iri iqtisadi ölkəsində ümumdaxili məhsul yalnız 0.4 faiz artırb. Ümumilikdə 2015-ci ildə iqtisadi artım gözlənildiyi kimi 2.3 deyil 2.1 faiz artıb. Milli Statistika Xidmətinin rəqəmləri, ilk növbədə ölkənin ümumdaxili məhsulunun üçdə iki hissəsinə cavab verən xidmət sektorunun əhəmiyyətli dərəcədə zəiflədiyindən xəbər verir.

Böyük Britaniya iqtisadiyyatı 2013-cü ildə istehlak xərclərinin yüksəlməsi hesabına resesiyadan “yaxa qurtarıb”. Bu amil bugün də ölkənin iqtisadi artımına öz təsirini göstərir. İyuldan sentyabr ayına kimi sıfır səviyyəli infilasiya fonunda, britaniyalıların istehlak xərcləri bütün gözləntiləri aşaraq, 0.9 faiz artıb, vətəndaşların gəlirləri isə 2010-cu ildən bəri ən yüksək həddə çatıb.

İstehlak xərclərinin artmasına baxmayaraq, Britaniyanın “İngiltərə Bankının qısa zamanda kreditlər üzrə uçot dərəcəsini artıracağı gözlənilmir. Analitiklərin müddətlər barədə proqnozlarında ixtilaf olsa, böyük əksəriyyət 2016-cı ilin sonuna kimi uçot dərəcəsinin qaldırılacağını ehtimal edir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=368027

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR