​Çində dağa bənzər binanın üzərində meşə yaradacaqlar

​Çində dağa bənzər binanın üzərində meşə yaradacaqlar
05:27 24 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 24 dekabr. REPORT.AZ/ Britaniyada Tomas Xizervikə məxsus "Heatherwick Studio" memarlıq bürosu yeni konsepsiya hazırlayıb. Konsepsiyaya əsasən, 24 mln. əhalisi olan və iri meqapolis hesab edilən Şanxayda dağ formasında bina tikiləcək. Binanın üstü bütünlüklə ağaclarla örtüləcək.
"Report"un memarlar üçün buraxılan "The Architects Journal" dərgisinə istinadən verdiyi xəbərə görə, "Heatherwick Studio"da bu tikilini bina deyil, Şanxay topoqrafiyasının bir hissəsi hesab edirlər.
Binanın yerləşəcəyi "Moganshan" adlanan yeni məhəllədə ofislər, mağazalar, yaşayış binaları və bir məktəb fəaliyyət göstərəcək. "Moganshan" 2018-cı ilədək hazır olmalıdır. 

Xəbərin orijinal ünvanı: http://report.az/maraqli/cinde-daga-benzer-binanin-uzerinde-mese-yaradacaqlar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR