Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Pərakəndə ticarət dövriyyəsinin həcmi 22,4 milyard manat təşkil edib

Pərakəndə ticarət dövriyyəsinin həcmi 22,4 milyard manat təşkil edib

Date: 24 December 2015 05:43


Bakı, 24 dekabr, AZƏRTAC
Cari ilin 11 ayı ərzində ölkədə pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,1 faiz artaraq 22,4 milyard manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-bildirilib ki, istehlak mallarının 99,8 faizi qeyri-dövlət təsərrüfat subyektləri tərəfindən, o cümlədən 11,1 faizi hüquqi şəxs statuslu müəssisələr tərəfindən satılıb.
Qeyri-dövlət sektoru üzrə pərakəndə ticarət dövriyyəsinin həcmi 2014-cü ilin yanvar-noyabr aylarının səviyyəsini 11,1 faiz üstələyərək 22 milyard 398,6 milyon manata bərabər olub.

Tags:  Pərakəndə ticarət dövriyyəsinin həcmi 22 milyard manat təşkil edib


RƏYLƏR


Top news