Neftin qiyməti yenidən yüksəlir

Neftin qiyməti yenidən yüksəlir
05:51 24 Dekabr 2015
650 Digər
Ölkə mətbuatı
A- A+

Dünya birjalarında neftin qiymətində cüzi bahalaşma müşahidə olunur. ANS PRESS-in məlumatına görə, hazırda bazarlarda “Brent” markalı neftin qiyməti 37.76 dollardır.

Dünən olduğu kimi bu gün də “Texas” nefti “Brent” neftini üstələsə də, ikinci üstünlüyünü bərpa edib. Belə ki, birjalarda “Texas” (WTI) markalı neftin bir bareli 37.72 dollar olaraq müəyyənləşib.


Mənbə: Bloomberg

“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0.22 dollar bahalaşaraq 36,93 dollar təşkil edib.

Əmtəə birjalarında da qiymətlərdə müxtəlif istiqamətlərdə dəyişikliklər müşahidə olunur. Qızılın qiyməti cüzi ucuzlaşma ilə 1 qramı 34,45 dollar olub. Gümüşün qiyməti isə bahalaşaraq 1 qram üçün 0.46 dollar müəyyənləşib.


Mənbə: Bloomberg

Milli valyutamız olan manatın məzənnəsi euro və dollar qarşısında öz dəyərini itirməyə davam edir. Mərkəzi bankın üzən məzənnəyə keçid haqqında verdiyi qərardan sonra dollarda 50 faizə yaxın bahalaşma qeydə alınıb. Ötən gün 1 ABŞ dollarının qiyməti 1.5523 AZN təşkil edib. 1 avro 1.6978, 1 rubl 0.0219 AZN olub.

Azərbaycan Mərkəzi Bankının ən son məlumatlarına görə ölkəmizdə xarici valyutaların məzənnəsi:


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=368028

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR