Minik maşını traktorla toqquşdu, ölən var

Minik maşını traktorla toqquşdu, ölən var
06:06 24 Dekabr 2015
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağcbədi rayonunda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in FHN mətbuat mərkəzinə istinadən verdiyi xəbərə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Qəza, Ağcabədi rayonunda, Ağcabədi-Zərdab yolunun 7-ci kilometrliyində "SAİPA" markalı minik avtomobili ilə “MTD” markalı traktorun toqquşması nəticəsində meydana gəlib.

Qəza nəticəsində minik avtomobilinin sərnişini 1975-ci il təvəllüdlü Vəzirov Umud Ağasən oğlu aldığı bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Mərhumun cəsədi deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasediciləri cəlb olunub. Xilasedicilər vətəndaşın cəsədini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=368029

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR