Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İspaniyada Buğa bürcündən olanlara Bakıya səfər etmək məsləhət görülür

İspaniyada Buğa bürcündən olanlara Bakıya səfər etmək məsləhət görülür

Date: 24 December 2015 06:33


Madrid, 24 dekabr, AZƏRTAC
İspaniyanın elconfidencial.com portalı, 2016-cı il üçün səfər qoroskopu tərtib edib. Burada hər bürcə onun xarakterinə uyğun səfərlər məsləhət görülür. Buğa bürcündən olanlara Azərbaycan paytaxtı Bakıya səfər etmək məsləhət edilir.
Macəra sevən, yeniliklər axtaran insanlar kimi xarakterizə olan Buğa bürcü altında doğulanlara, Qafqazda, Xəzərin sahilində yerləşən əsrarəngiz Bakıya səfər tövsiyə olunur. Deyilir ki, Bakı müasirliyin və tarixin vəhdət təşkil etdiyi sehrli bir məkandır. Bakıda İçərişəhərdə qədimliyin şahidi ola, Dövlət Filarmoniyasında və teatrlarda müasir incəsənətdən həzz ala bilərsiniz.

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

Tags:  İspaniyada Buğa bürcündən olanlara Bakıya səfər etmək məsləhət görülür


RƏYLƏR


Top news