Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

WSJ: Obama administrasiyası Əsədi yıxmaq istəyib

WSJ: Obama administrasiyası Əsədi yıxmaq istəyib

Date: 24 December 2015 06:39

ABŞ bir neçə il ərzində Suriyada hərbi çevriliş həyata keçirməyə cəhd edib.

 

APA-nın xəbərinə görə, bu barədə “The Wall Street Journal” qəzeti yazıb.

 

Məlumata əsasən, Bəşər Əsədi hakimiyyətdən kənarlaşdırmaq məqsədilə Barak Obama administrasiyası bəzi Suriya hökumət nümayəndələri ilə məxfi məsləhətləşmələr də aparıb.

 

“ABŞ hərbi çevriliş həyata keçirmək üçün Əsəd rejiminin zəif nöqtələrini aşkar edib, onlardan  hərbi çevriliş həyata keçirmək üçün istifadə etmək niyyətində olub. Lakin 2012-ci ildə Obama administrasiyasının rejimi daxildən sarsıtmaq strategiyası  müvəffəqiyyətsizliyə uğrayıb. Bundan sonra ABŞ üsyançılara dəstək yolunu tutub, lakin bu da gözlənilən nəticələr verməyib”, qəzet yazıb.


Tags:  WSJ Obama administrasiyası Əsədi yıxmaq istəyib


RƏYLƏR


Top news