Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Müsəlman ailə ABŞ təyyarəsinə buraxılmadı

Müsəlman ailə ABŞ təyyarəsinə buraxılmadı

Date: 24 December 2015 06:41

İngiltərənin London şəhərində Müsəlman bir ailənin Disneylanda getmək üçün Los Angeles təyyarəsinə minməsi Amerikalı rəsmilər tərəfindən qadağan edildi.

ANS PRESS-in məlumatına görə, Londonda yaşayan Məhəmməd Tarix Mahmud, qardaşı və doqquz usağı ilə bərabər ABŞ-ın Los Angeles şəhərinə getmək gəldikləri "Gatwick" hava limanında amerikalı rəsmilərin qadağaları ilə qarşılaşdılar.

Hər hansı bir səbəb göstərilmədən təyyarəyə minməsi qadağan edilən ailənin, 9 min sterlinq (20 000 azn) dəyərindəki biletləri də yandı.

İngiltərə Əmək Partiyasının millət vəkili Stella Krizi və İngiltərənin Baş naziri David Kameronun hadisə ilə əlaqədar amerikalı rəsmilərdən açıqlama tələb etdiyi bildirilir.

İngiltərə sakini olan müsəlmanların oxşar hadisələrə məruz qalması faktının artdığını bildirən Krizi, bunun daha böyük problemlər yaradacağını qeyd edib.

Amerikalı biznesmen Donald Trump, bir müddət əvvəl prezident seçikiləri ilə bağlı hazırladığı çıxışı zamanı qeyd edib ki, miqrant və ya turist olaraq ABŞ-a gəlmək istəyən müsəlmanların ölkəyə qəbul edilməməməlidir sözləri ilə gündəmə gəlmişdi.

Tags:  Müsəlman ailə ABŞ təyyarəsinə buraxılmadı


RƏYLƏR


Top news