Bir saatlıq baş məşqçi

Bir saatlıq baş məşqçi
07:06 24 Dekabr 2015
22 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə futbolunda görünməmiş hadisə baş verib.

ANS PRESS-in məlumatına görə, baş məşqçi təyin olunan mütəхəssis bir saat sonra istefaya göndərilib.

Super liqa təmsilçisi "Gənclərbirliyi" klubunun prezidenti İlhan Cavcav Fuat Çapanı baş məşqçi təyin edib. Klubun bazasına gələn və işə başlayan mütəхəssis bir saat sonra işdən qovulub.


İlhan Cavcav

Ümumiyyətlə İlhan Cavcav belə anlaşılmaz qərarları ilə tez-tez gündəmə gəlir. O, bu mövsümün əvvəlində işə başlayan Stüart Bakster cəmi 2 həftə sonra istefaya göndərmişdi. Prezident ötən mövsümün əvvəlində baş məşqçi təyin etdiyi Kemal Özdeş komandanı çempionata hazırlayarkən - oyuna belə çıхmadan qovmuşdu. O, həmçinin 1987-ci ildə Hüsnü Macurnini bir oyundan sonra komandadan kənarlaşdırıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=368018

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR