Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Xəzər rayonunda yaşıllaşdırma marafonu çərçivəsində 31 minə yaxın ağac əkilib

Xəzər rayonunda yaşıllaşdırma marafonu çərçivəsində 31 minə yaxın ağac əkilib

"Bakı Marafonu - 2016"nın qalibi ailə qurur (16 Mart 2017 13:37)
Kapital Bank "Yaşıl ölkəm" aksiyasını davam etdirir (15 Mart 2017 15:18)
Kapital Bank "Yaşıl ölkəm" aksiyasını davam etdirir (15 Mart 2017 09:32)

Tarix: 24 Dekabr 2015 07:23


Bakı, 24 dekabr, AZƏRTAC
“Ümumrespublika Yaşıllaşdırma Marafonu” çərçivəsində Bakının Xəzər rayonunda 31 minə yaxın ağac əkilib.
AZƏRTAC xəbər verir ki, Xəzər rayonunda növbəti ağacəkmə aksiyası Qala-Pirallahı yolunun kənarında keçirilib. Aksiya çərçivəsində 500-dən çox müxtəlif növ ting əkilib. Ağaclar əsasən yerli relyefə uyğun seçilib. Rayon icra hakimiyyəti və yerli təşkilatların nümayəndələrinin iştirak etdiyi aksiyada əvvəlcə əraziyə münbit torpaq daşınıb və suvarma problemi həll edilib. Yeni salınan yaşıllıq zolaqlarının qorunması və onlara qulluq göstərilməsi üçün müvafiq qurumlara konkret tapşırıqlar verilib. Yol kənarında aparılan ağacəkmə aksiyası çərçivəsində ərazidə təmizləmə işləri aparılıb.
Ekoloji mühitin sağlamlaşdırılması və yaşıllıq zolaqlarının artırılmasına töhfə vermək məqsədilə təşkil olunan bu aksiya müddətində Zirə qəsəbəsində 8, Türkan qəsəbəsində 7, Şüvəlan və Mərdəkan qəsəbələrində isə 4 mindən çox müxtəlif ağac və gül kolları əkilib.

Teqlər:  Xəzər rayonunda yaşıllaşdırma marafonu çərçivəsində 31 minə yaxın ağac əkilib



RƏYLƏR


Top xəbərlər