Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Avtomobil qaz xəttinə çırpılıb

Avtomobil qaz xəttinə çırpılıb

Tarix: 24 Dekabr 2015 07:27

Lənkəranda yol-nəqliyyat qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə dekabrın 23-də saat 23.30 radələrində rayonun Türkəkəran kəndi ərazisində qeydə alınıb.
 
Sürücüsünün şəxsiyyəti hələlik məlum olmayan "Merсedes" markalı minik avtomobili qəfildən idarəetməni itirərək yolun kənarında qaz xəttinə çırpılıb. Xoşbəxtlikdən güclü zərbə nəticəsində insan tələfatı baş verməsə də, zədələnmiş qaz xətti sızmağa başlayıb.
 
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi, həmçinin Lənkəran Rayon Qaz İstismar Sahəsinin qəza briqadası cəlb olunublar. Hazırda onların səyləri ilə qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.

Milli.Az


Teqlər:  Avtomobil qaz xəttinə çırpılıb



RƏYLƏR


Top xəbərlər