Məhərrəm Qasımov yenidən Naxçıvan Muxtar Respublikası MSK-nın sədri seçilib

Məhərrəm Qasımov yenidən Naxçıvan Muxtar Respublikası MSK-nın sədri seçilib
07:27 24 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+

Dekabrın 23-də Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, iclasda təşkilati işə baxılıb, MSK-nın sədri, sədr müavini və katibinin seçilməsi məsələsi müzakirə olunub.
 
Müzakirələrdən sonra  Məhərrəm Qasımov yenidən  Naxçıvan Muxtar Respublikası MSK-nın sədri seçilib.  Əli Qədimov, MSK  sədrinin müavini, Elnur Eyvazov katib seçiliblər.
 
Qeyd edək ki, dekabrın 22-də Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyasında Naxçıvan Muxtar Respublikası MSK-nın yeni üzvləri haqqında təklifə baxılaraq təsdiq olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/392655.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR