"Neftçi" Əsgər Abdullayevi postunda saxlayıb

"Neftçi" Əsgər Abdullayevi postunda saxlayıb
07:32 24 Dekabr 2015
28 İdman
Ölkə mətbuatı
A- A+

"Neftçi"nin baş məşqçisinin kimliyinə aydınlıq gəlib.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu gün toplanan Müşahidə Şurasının qərarına əsasən hazırkı çalışdırıcı Əsgər Abdullayev işini davam etdirəcək.
 
Qeyd edək ki, təcrübəli mütəxəssisə Samir Əliyevin istefasından sonra ilk yarının sonuna qədər komandanı çalışdırmaq həvalə olunmuşdu.
 
Müşahidə Şurası əlavə olaraq klubun maddi xərclərinin mövcud iqtisadi duruma uyğun olaraq optimallaşdırılmasına da qərar verib. Bu barədə İcraçı direktor Elnur Məmmədova müvafiq tapşırıq verilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/392658.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR