Qeyri-adi qəza: 3 “BakuBus” toqquşdu

Qeyri-adi qəza: 3 “BakuBus” toqquşdu
07:36 24 Dekabr 2015
179 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Səbail rayonunda sərnişin avtobuslarının iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Məlumata görə, hadisə “20-ci sahə” yaşayış massivində qeydə alınıb.

“BakuBus” şirkətinə məxsus 5 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusu dayanacağa daxil olarkən orda dayanmış avtobuslara çırpılıb. Qəza zamanı “BakuBus” şirkətinin daha iki avtobusu, eləcə də, “Bakı Sərnişin Nəqliyyatı və Yükdaşımalarının Təşkili” MMC-yə məxsus 88 saylı xətt üzrə hərəkət edən başqa bir avtobus bir-birinə dəyib.

İlkin məlumata görə, qəza nəticəsində xəsarət alan olmayıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=368031

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR