Ottavada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub - FOTO

Ottavada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub - FOTO
07:37 24 Dekabr 2015
40 Digər
Ölkə mətbuatı
A- A+

Dekabrın 20-də Azərbaycanın Kanadadakı səfirliyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Ottava şəhəri meriyasının binasında ziyafət təşkil edib.

Səfirlikdən APA-ya verilən məlumata görə, tədbirdə Ontario əyalətinin parlament üzvü Cək Maklaren (Jack MacLaren), Türkiyənin Kanadadakı səfiri Selcuk Ünal, Kanada müdafiə nazirliyinin milli kadet proqramının komandiri, general-briqadir Keli Voyden (Kelly Woiden), məşhur jurnalist Skot Teylor (Scott Taylor), eləcə də Kanadanın Ottava, Toronto və Monreal şəhərlərində yaşayan 100-dən çox soydaşımız iştirak edib.
 
 İlk olaraq Ottavada fəaliyyət göstərən "Qarabağ" Azərbaycan dili məktəbinin şagirdləri Azərbaycan və Kanada himnlərini səsləndirib. Daha sonra tədbiri açıq elan edən Azərbaycanın Kanadadakı müvəqqəti işklər vəkili Ramil Hüseynli 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixindən söz açıb, bu bayramın təsis edilməsinin Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü olduğunu vurğulayıb. Qeyd edilib ki, bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq soydaşımız və həmvətənlimizin respublikamızla əlaqələrini möhkəmləndirmək, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Bundan əlavə, Həmrəylik gününün Azərbaycan diasporunun ən mühüm bayramı hesab edildiyi və bu bayramın elan edilməsinin milli diasporumuzun formalaşmasında, diaspora cəmiyyətlərimizin təşkilatlanması və onlar arasında əlaqələrin möhkəmləndirilməsində başlıca məqamlardan biri olduğu vurğulanıb.
 
 Bundan sonra "Qarabağ" məktəbinin, eləcə də Toronto şəhərində fəaliyyət göstərən "Vətən" Azərbaycan incəsənət və mədəniyyət mərkəzinin şagirdləri Azərbaycan şerləri söyləyib, milli musiqi nümunələrini ifa edib və milli rəqslər nümayiş etdiriblər.  "Vətən" mərkəzinin rəhbəri Lalin Həsənovanın təbrik nitqindən sonra isə qonaqlara Torontoda fəaliyyət göstərən "Təbriz" ansamblının ifasında Azərbaycanın milli musiqisi və rəqs nümunələri nümayiş etdirilib.

Milli.Az










Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/392659.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR