Əzgil orqanizmi təmizləyir və cavanlaşdırır

Əzgil orqanizmi təmizləyir və cavanlaşdırır
07:47 24 Dekabr 2015
82 Sosial
Ölkə mətbuatı
A- A+

Əzgil kimyəvi tərkibə görə almaya bənzəyir. Bu çox faydalı meyvədir. Əzgilin tərkibində şəkərlər, meyvə turşuları, C, B qrupu vitaminləri, beta-karotin (A vitamini), fol turşusu, pektinlər, fitonsidlər, büzücü maddələr, çoxlu sayda müxtəlif minerallar var. Əzgil mədə-bağırsaq sisteminin həkimidir. 

Milli.Az musavat.com-a istinadən bildirir ki, kal əzgil ishalı müalicə edir, bağırsaqları yığır, dəymiş əzgil isə əksinə, qəbizlikdən azad edir, bağırsaqları çox yaxşı təmizləyir. 

Əzgil pektinlərlə zəngindir. Bu maddələr orqanizmdə yığılan ziyanlı maddələri (toksinlər, radionukleidlər, ağır metalların duzları və s.) xaric edir. Əzgili uzun müddət ərzində qəbul edən insan orqanizmi əsaslı şəkildə təmizlənə bilər. Əzgil həmçinin qanda "pis" xolesterinin səviyyəsini aşağı salır və bunun nəticəsində damarları qoruyur, aterosklerozun inkişafını ləngidir. Ateroskleroz zamanı damarların divarlarında xolesterin yığılır ki, bunun nəticəsində damarlar daralır, onların elastikliyi pozulur. Bu proses ürək və beyin damarlarını da əhatə edir. Nəticədə insanda insult və infarktın riski artır. 

Əzgil ürək-damar sistemi xəstəlikləri və bu xəstəliklərin profilaktikası zamanı çox faydalıdır - arterial təzyiqi tənzimləməyə kömək edir, ürəyin fəaliyyətini yaxşılaşdırır, ürək əzələsini möhkəmləndirir, qanın laxtalanmasını artırır. Əzgil sınanmış bəlğəmgətirici vasitədir. Bronxit, öskürək zamanı əzgilin ətini əzib balla qarışdırın və qəbul edin. Bu dadlı dərman nəfəsalmanı asanlaşdırır, nəfəs yollarını təmizləyir, iltihabın azalmasına kömək edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/392661.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR